İranda terrorçu dəstə ifşa edilib
Tehran, 7 dekabr, AZƏRTAC
İranın Qərbi Azərbaycan vilayətində keçirilən xüsusi əməliyyat nəticəsində silah və narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstə üzvləri zərərsizləşdirilib.
AZƏRTAC İranın Təhlükəsizlik Nazirliyinin məlumatına istinadla xəbər verir ki, xüsusi əməliyyat nəticəsində 500 ədəd avtomat silah və 250 kiloqram heroin aşkarlanaraq götürülüb.
Açıqlamada bildirilib ki, həbs edilən beş nəfərdən ikisi xarici ölkənin vətəndaşıdır. Araşdırma aparıldığı üçün qaçaqmalçıların hansı ölkənin vətəndaşı olması haqqında məlumat verilmir.
Beynəlxalq cinayətkar şəbəkənin üzvləri olan həmin şəxslərin İranda qanunsuz silah və narkotik maddələrin alveri ilə məşğul olduqları nəzərə çatdırılıb. Onların terror aktı törətmək planlarının da olduğu bildirilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]
London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək
- 06.11.2026 [17:58]
Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib
- 06.11.2026 [17:14]