İRANDA YENİ MİS YATAĞI AŞKAR EDİLMİŞDİR
İTAR-TASS xəbər verir ki, İranın Şərqi Azərbaycan əyalətində iri mis filizi yatağı aşkar edilmişdir. O, Təbriz şəhərindən 80 kilometr şimalda yerləşir. Sənaye və təbii ehtiyatlar təşkilatının başçısı Hüseyn Nicati bildimişdir ki, ilkin araşdırmalara görə, buradakı mis filizinin keyfiyyəti beynəlxalq standartlara uyğundur. O demişdir ki, yeni yatağın işlənilməsini texniki və iqtisadi cəhətdən əsaslandırmaq üçün həmin bölgəyə ekspertlər göndərilmişdir.
İran ərazisi mineral ehtiyatlarla, o cümlədən mis filizi yataqları ilə zəngindir. Kirman əyalətinin Sərçeşmə məntəqəsindəki mis filizi yatağının ehtiyatı bir milyon ton qiymətində qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]
NVIDIA-nın baş direktoru Censen Huan istefa verib
- 12.11.2026 [17:50]