DÜNYA
İranda zəlzələ baş vermiş bölgədə dörd mədrəsə çadırlara köçürülmüşdür
Tehran, 2 yanvar (AZƏRTAC). Yanvarın 2-də İranın Hormozqan vilayətində baş vermiş zəlzələ nəticəsində 1 nəfər həlak olmuş, 20 nəfərdən artıq yaralı xəstəxanalara yerləşdirilmişdir.
Rəsmi məlumatlara görə, Rixter cədvəli üzrə 5,5 bal gücündə zəlzələ vilayətin Bistək bölgəsində tikililərin 60 faizinə ciddi zərər vurmuşdur. Dağıdıcı yeraltı təkandan sonra qeydə alınmış bir neçə nisbətən zəif zəlzələ əhalidə vahiməni daha da artırmışdır.
Təbii fəlakət bölgəsinə xilasedicilərin cəld edilməsi, ətraf vilayətlərdən zəruri ərzaq məhsulları, geyim və dərman daşınması davam etdirilir.
Tamamilə yararsız hala düşmüş dörd iri mədrəsənin çadırlara köçürüldüyü bildirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran