İranda zəlzələ olub
Tehran, 10 mart, AZƏRTAC
Bu gün səhər saatlarında İranın Xoy şəhəri yaxınlığına 4 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Tehran universitetinin seysmoloji mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, zəlzələ nəticəsində Xoy şəhərində və ətraf kəndlərdəki evlərə və ictimai binalara ciddi ziyan dəyib. Ölən və yaralanlar haqqında hələlik məlumat verilmir.
Hadisə yerində təcili tibbi yardım briqadaları və xilasedicilər işləyirlər.
Xatırladaq ki, fevralın 23-də İranın Xoy şəhərində 5,7 gücündə zəlzələ baş vermişdi. Nəticədə 4 min evə ciddi ziyan dəymişdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]