İranda zəlzələ olub
Tehran, 21 oktyabr, AZƏRTAC
Bu gün səhər saatlarında İranın Kirman vilayətində 4,5 bal gücündə zəlzələ olub.
AZƏRTAC Tehran Universitetinin Seysmoloji Mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:35-də yerin 10 kilometr dərinliyində baş verib.
Təcili olaraq zəlzələ zonasına xilasedici və təcili tibbi yardım qrupları göndərilib. Ölən və yaralanan, eləcə də dağıntılar barəsində hələlik məlumat yoxdur.
İranın bu vilayəti seysmik zonaya daxil olduğu üçün burada tez-tez zəlzələ qeydə alınır. Nəzərə çatdıraq cari ay ərzində Kirman vilayətində 3-cü dəfədir ki, güclü təkanlar hiss olunur. 2018-ci ildə isə burada baş verən zəlzələ nəticəsində böyük dağıntılar və insan tələfatı müşahidə olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]
Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb
- 13.11.2026 [10:31]
Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub
- 13.11.2026 [08:01]