İranda zəlzələ olub
Tehran, 13 noyabr, AZƏRTAC
Bu gün İranın Buşehr vilayətindəki Riz şəhərində 4,1 gücündə zəlzələ olub.
AZƏRTAC Tehran Universitetinin Seysmoloji Mərkəzinin verdiyi açıqlamaya istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 13:50-də yerin 20 kilometr dərinliyində baş verib. Ətrafdakı yaşayış məntəqələrində zəlzələ hiss olunub.
Hələlik insan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər göndərilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]