İranın cənubunda partlayışlar baş verib
Bakı, 13 iyul, AZƏRTAC
İranın cənub sahilində, Bəndər-Abbas və Sirik şəhərləri yaxınlığında 10-dan çox partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ölkənin cənubundakı liman şəhərlərində bir neçə dəqiqə ərzində partlayış səsləri eşidilib. Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.
İran dövlət televiziyası da Qeşm adasında partlayışlar barədə məlumat yayıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı daha əvvəl İrana qarşı yeni zərbələrə başlanıldığını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]