DÜNYA
İranın Əfqanıstanla sərhədində son 3 ay ərzində 16 min ton narkotik maddə tutulub
Tehran, 1 iyul, AZƏRTC
İranın Əfqanistanla sərhəd bölgəsində yerləşən Hörmüzgən ostandarlığında son 3 ay ərzində 16 min ton narkotik maddə müsadirə olunaraq məhv edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələri daşıyan 219 nəqliyyat vasitəsi saxlanılıb. Bir çox hallarda polislə cinayətkarlar arasında silahlı toqquşma baş verib.
Bu barədə məlumat verən ostandarlığın polis rəisi general Əzizullah Məliki bildirib ki, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar İrandan tranzit yolu kimi istifadə edirlər. Qaçaqmalçılar narkotik maddələri İran üzərindən Avropaya daşımağa çalışırlar. Lakin onların qarşısı polis tərəfindən alınır.
Rəisin sözlərinə görə, Əfqanıstanla olan 900 kilometrlik sərhədi ciddi mühafizə etmək üçün İran hökuməti 700 milyon dollar sərf edib. Son 30 ildə narkotik qaçaqmalçıları ilə mübarizədə 4 min polis həlak olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]