İraqda seçki məntəqəsi atəşə tutulub
Bağdad, 10 oktyabr, AZƏRTAC
İraqın Diyala vilayətinin Əl-Sədiyyə bölgəsindəki seçki məntəqəsi avtomat silahlardan atəşə tutulub.
AZƏRTAC xəbər verir ki, məntəqədən bir qədər uzaq məsafədə dayanan avtomobildən açılan aramsız atəş nəticəsində iki polis əməkdaşı yaralanıb. Təhlükəsizlik xidmətinin əsgərləri tərəfindən qarşılıqlı atəşə tuş gələn cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.
Polis və xüsusi xidmət orqanları genişmiqyaslı əməliyyata başlayaraq məntəqəni atəşə tutanları axtarmağa başlayıb.
Qeyd edək ki, bu gün İraqda növbədənkənar parlament seçkiləri keçirilir. Parlament seçkilərində 167 partiyadan 3 min 249 namizəd iştirak edir. Seçki məntəqələri yerli vaxtla saat 07:00 açılıb və 18:00 bağlanacaq.
İraqın Mərkəzi Seçki Qərargahının verdiyi məlumata əsasən əhalinin 69 faizi səsvermədə iştirak edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [19:31]
Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]