DÜNYA
İraqdakı iki neft yatağında hasilatı artırmaq üçün aparılan danışıqlar müsbət nəticələr verir
Bakı, 15 mart, Nihad Budaqov, AZƏRTAC
İraqın cənubundakı iki yeni neft yatağında hasilatı artırmaq üçün ABŞ-ın “Exxon Mobil” korporasiyası ilə aparılan danışıqlarda irəliləyiş var.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bunu İraqın dövlət neft şirkəti “South Oil Co.”nun direktoru Hayan Əbdül Gani deyib. O bildirib ki, “Nahr Bin Umar” və “Artawi” neft yataqlarında hasilatı artırmaq üçün “Exxon Mobil” ilə iki ildən artıqdır ki, aparılan danışıqlar müsbət nəticələr verməkdədir.
İraq “Luhais”, “Nassiriya”, “Tuba”, “Nahr Bin Umar” və “Artawi” neft yataqlarında istehsalı artırmaq və milyard dollarlıq investisiya yatırmaq üçün uzun müddətdir ki, “Exxon Mobil” və “PetroChina” ilə danışıqlar aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]