CƏMİYYƏT
“İrəli” İctimai Birliyi 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir
Bakı, 16 sentyabr, AZƏRTAC
“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramında iştirak etmək istəyən gənclər qurumun mətbuat, layihələrlə iş, təhsil və təlim, beynəlxalq əlaqələr və üzvlərlə iş katiblikləri, habelə “İrəli” Media Mərkəzi ilə qeydiyyatdan keçə bilərlər. Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə - müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.
Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək və proqramı uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.
Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu sentyabrın 22-dək davam edəcək.
Təcrübə proqramına qeydiyyatdan keçmək istəyən gənclər https://bit.ly/3RODpFs linkinə keçid edə bilərlər.