Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“İrəli” İctimai Birliyi bir illik fəaliyyətinə dair hesabat verib VİDEO

Bakı, 23 dekabr, AZƏRTAC

“İrəli” İctimai Birliyinin fəaliyyətə başlamasının yeddi ili tamam olur. Dekabrın 23-də bununla bağlı keçirilən tədbirdə təşkilatın fəaliyyətinin bir illik hesabatı da təqdim edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra İctimai Birliyin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, “İrəli” İB Azərbaycanda gənclər təşkilatları arasında öz dəsti-xətti ilə seçilən bir quruma çevrilib və sıralarında xeyli sayda istedadlı gəncləri birləşdirir. Təşkilat hər zaman öz səmərəli fəaliyyəti ilə seçilib. Çünki bu təşkilatda kifayət qədər aktiv gənclər fəaliyyət göstərir.

İctimai Birliyin ötənilki fəaliyyətinin də uğurlu olduğunu söyləyən nazir müavini deyib: “Təşkilat tərəfindən görülən işlər statistik xarakter daşımır, “İrəli” hər zaman ölkəmizdə aparılan gənclər siyasətində fəal iştirak edib”. O deyib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin ictimai həyatda rolunun artırılmasıdır. Ölkəmizdə müxtəlif istiqamətlərdə gedən quruculuq işlərində gənclərin fəal iştirakına şərait yaradılır. Artıq Azərbaycanda formalaşmış yeni nəsil ölkəmizi həm daxildə, həm də beynəlxalq miqyasda layiqincə təmsil edir. Hazırda Azərbaycan gənci yalnız gənclərə xas olan məsələlərlə məşğul deyil, eyni zamanda, milli, qlobal məsələlərlə bağlı öz mövqeyini bildirir. Biz bu gün ümummilli lider Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə söykənərək həyata keçirilən gənclər siyasətinin, uzunmüddətli strategiyanın bəhrəsini görürük. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin yeni mərhələsinə qədəm qoymuşuq. Azərbaycan bu gün dünyada öz sözünü deyən, inkişaf edən bir ölkəyə çevrilib. Böyük dövlətlər belə Azərbaycanı tərəfdaş kimi görmək arzusundadırlar, ölkəmizlə əməkdaşlıq etmək istəyirlər. Bu inkişafda gənclərin payı çoxdur.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, ulu öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Azərbaycanda gənclər təşkilatlarının fəaliyyəti, onların təkmilləşdirilməsi də məhz Ümummilli Lider tərəfindən əsası qoyulmuş gənclər siyasətinin tərkib hissəsidir. Təşkilatların aktiv fəaliyyəti isə məhz ölkəmizdə gənclər üçün yaradılmış münbit şəraitlə bağlıdır. Qeyd edilib ki, Azərbaycanda müstəqilliyin, dövlətçiliyin qorunub saxlanmasında, möhkəmləndirilməsində və inkişafında gənclərimizin də üzərinə böyük məsuliyyət düşür.

“İrəli” İctimai Birliyinin fəaliyyətinə toxunun F.Muradov qeyd edib ki, bu illər ərzində təşkilat çoxsaylı layihələr həyata keçirib. Əsas məqsəd gənclərin stimullaşdırılması, onların daha böyük işlərə həvəsləndirilməsi olub. Bu illər ərzində “İrəli”, həmçinin bir sıra yerli və beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq edib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün Azərbaycan dövlətinin gənclər siyasətinin çox uğurlu nəticələrini görürük. Azərbaycanda gənclər təşkilatlarının maddi-texniki bazası möhkəmlənir. Gənclərimizin yanaşması, tələbləri günümüzə uyğun olaraq dəyişir. Bu gün Azərbaycanın gənclər siyasəti model olaraq müxtəlif ölkələr üçün nümunə göstərilə bilər.

Bildirilib ki, Azərbaycanın gənclər siyasətinin həyata keçirilməsində müxtəlif dövlət qurumları fəal iştirak edirlər. “İrəli” İctimai Birliyi Azərbaycanda gənclər təşkilatları arasında qabaqcıl yer tutan qurumlardandır. Sektor müdiri deyib: “Təşkilatda fəaliyyət göstərən gənclər çox təşəbbüskardırlar. Əminəm ki, “İrəli” İctimai Birliyi gələcək fəaliyyətində də bu aktivliyini qoruyub saxlayacaq və bundan da güclü təşkilata çevriləcək”.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib. Bu gün gənclər təşkilatlarının keyfiyyətli, səmərəli fəaliyyəti də məhz dövlətimizin başçısının diqqət və qayğısının nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, “İrəli” İB yarandığı gündən dövlətçiliyə xidmət edir və Azərbaycan dövlətinin gənclər siyasətinin həyata keçirilməsində əsas iştirakçılardan birinə çevrilib. İctimai Birlik Azərbaycan gəncliyinin etimadını qazanmış ən qabaqcıl təşkilatlardandır. “Bu gün Azərbaycan gəncliyi elə bir inkişaf səviyyəsinə çatıb ki, ölkəmizdə bütün sahələrdə fəal rol oynayır”, - deyə F.Hacıyev əlavə edib.

Sonra çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib, gələcək planları haqqında danışıb. Qeyd edilib ki, İctimai Birlik ölkəmizdə aparılan gənclər siyasətində yaxından iştirak edir. Bu il təşkilata üzvlük üçün 4000-dən çox gənc müraciət edib. Onlardan 3000-dən artıq gənc üzvlük üçün bazaya daxil edilib. Bu müddət ərzində 46 sosial layihənin həyata keçirildiyini söyləyən İctimai Birliyin sədri qeyd edib ki, təşkilatın həyata keçirdiyi layihələrdə yerli dövlət qurumları da yaxından iştirak ediblər və öz dəstəklərini veriblər.

Vurğulanıb ki, təşkilatın həyata keçirdiyi istənilən layihədə ali dəyər kimi dövlətimizin başçısı tərəfindən aparılan uğurlu siyasət dayanır.

Daha sonra M.Seyidov “İrəli” İB tərəfindən Prezident İlham Əliyevə ünvanlanan məktubu oxuyub.

Sonda bir sıra gənclərə və “İrəli” İB ilə əməkdaşlıq edən təşkilatlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

“İrəli” İctimai Birliyi bir illik fəaliyyətinə dair hesabat verib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

GDU-da “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib