Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 aprel tarixli 2097 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği” təsdiq edilsin (əlavə olunur).

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 avqust 2023-cü il

№ 271

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2023-cü il 5 avqust
tarixli 271 nömrəli Qərarı ilə
     təsdiq edilmişdir.
 
İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət
avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun
müəyyən olunmasına görə xidmət haqqının məbləği
 

Sıra

№-si

Xidmətin adı

 

Xidmət haqqının məbləğı

(manatla, ƏDV daxil)

 1.

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması

(1 kilometr üçün)

1,49

 2.

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət

avtomobilləri ilə müşayiət olunması

(1 kilometr üçün)

1,68

 3.

Hərəkət marşrutunun müəyyən olunması

30

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin