DÜNYA
İrlandiya Rusiyanı bu ölkənin hava məkanını pozmaqda ittiham edib
Bakı, 4 mart, AZƏRTAC
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin bombardmançı təyyarələri hava gəmisini radarlar tərəfindən müəyyən edən cihazları söndürməklə Böyük Britaniyanın hava məkanında uçublar.
AZƏRTAC Frans Press agentliyinə istinadla xəbər verir ki, Rusiya bombardmançılarının bu hərəkətinə görə İrlandiya Aviasiya İdarəsi (Irish Aviation Authority) ölkə ərazindəki aviareyslərin birinin uçuş marşrutunu dəyişməyə məcbur olub. Daha bir uçuş isə təxirə salınıb. Kommersiya xarakterli uçuşlar həyata keçirən hər iki təyyarədə yüzlərlə sərnişin olub.
Məlumatda, həmçinin deyilir ki, son aylarda NATO-nun hava qüvvələri Rusiya hərbi təyyarələrinin Baltik dənizi üzərində 10 dəfədən çox uçuşunu müəyyən ediblər.
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, hazırda Rusiya hərbi təyyarələri əvvəlki dövrlərlə müqayisədə özlərini daha aqressiv aparırlar. Brüsseldə belə hesab edirlər ki, bu cür uçuşlar mülki təyyarələr üçün böyük təhlükə yaradır.