İşdə faciə
Sumqayıt, 2 dekabr (AZƏRTAC). Sumqayıt prokurorluğu bir nəfər fəhlənin öz işini icra etdiyi vaxtda həlak olması faktını araşdırır. Dünən saat 11:50-də 1966-cı il təvəllüdlü Əhədov Furqan Babulla oğlu ağır kəllə-beyin travması ilə Sumqayıt təcili yardım xəstəxanasının reanimasiya şöbəsinə çatdırılmışdır. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır. F.Əhədov gecəyarısı klinikada keçinmişdir.
Şəhər Polis İdarəsinin növbətçi hissəsindən AZƏRTAC-a bildirmişlər ki, bədbəxt hadisənin qurbanı olmuş F.Əhədov Sumqayıtın 4-cü mikrorayonunda yaşayır və sənaye zonasında yerləşən “Dəmirbeton” səhmdar cəmiyyətində inşaatçı işləyirdi. Hadisə müəssisənin yardımçı sahəsinin ərazisində yerləşən evin damının təmiri zamanı baş vermişdir. F.Əhədov damdan yıxılmışdır.
Fakt üzrə şəhər prokurorluğunda cinayət işi qaldırılmışdır. Hadisənin təfərrüatı araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]