Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən talan olunması dünya dövlətlərinin diqqət mərkəzində olmalıdır VİDEO

İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən talan olunması dünya dövlətlərinin diqqət mərkəzində olmalıdır VİDEO ​

Bakı, 24 iyul, AZƏRTAC 

Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 30 ildir ki, davam edir. Bu müddət ərzində Ermənistanın təcavüzkar və işğalçı siyasəti onun tərəfindən müxtəlif müstəvilərdə həyata keçirilən qanunsuz fəaliyyətlərdə intensiv şəkildə özünü büruzə verməkdədir. Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzü dəstəkləməyə yönəlmiş fəaliyyəti, heç bir əsası olmayan yalanların beynəlxalq ictimaiyyətə həqiqət kimi təqdim edilməsi cəhdləri, habelə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində addımları həmin işğalçı siyasətin ayrılmaz tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.

O qeyd edib ki, işğalçı rejim tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mövcud olan faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunur, flora və fauna sistemli şəkildə məhv edilir.

“Rəsmi məlumatlara əsasən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində özündə müxtəlif növ faydalı qazıntıları birləşdirən 163 yataq yerləşir. Məlumdur ki, respublikamızın mineral ehtiyatlarının böyük bir hissəsi məhz işğal olunmuş ərazilərdədir. Azərbaycanın Kəlbəcər, Laçın, Tərtər, Ağdam ərazilərində yerləşən qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçını əhatə edən dəmir, xrom yataqları, Tərtər, Kəlbəcərdə yerləşən kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə kəşfiyyat və hasilat işləri aparılır.

İşğal olunmuş ərazilərdə aparılan bu cür qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilən gəlirlər işğalçı rejimin maliyyə təminatının çox böyük bir hissəsini təşkil edir. Qeyd etmək lazımdır ki, bu cür qeyri-qanuni fəaliyyətə bir çox xarici şirkətlər cəlb edilib ki, onların sırasında “Vallex Group”, “Base Metals”, “GeoProMining”, “GoldStar” və digər şirkətlərin adını çəkmək olar”, - deyə S.Qurbanov diqqətə çatdırıb.

Agentliyin İdarə Heyətinin sədri bildirib ki, dövlətimiz işğal olunmuş ərazilərimizdə erməni vandalları və onların xarici tərəfdaşları tərəfindən aparılan qeyri-qanuni fəaliyyətin ifşa olunması, dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə sistemli tədbirlər görməkdədir: “Belə ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2016-cı ildə “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” hesabatını dərc edib. Həmin hesabatda faydalı qazıntıların hasilatı da daxil olmaqla, qeyri-qanuni iqtisadi fəaliyyətin bütün aspektləri barədə müfəssəl məlumat açıqlanıb. Hesabatda, həmçinin bu cür fəaliyyətin beynəlxalq hüquq müstəvisində yaratdığı nəticələr də geniş şəkildə şərh edilib. Belə ki, Ermənistan Respublikasının apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur və bu, həmin ölkə üçün məsuliyyət doğurur. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyəti göstərən, habelə dövlət sərhədlərimizi qanunsuz olaraq keçən Ermənistan və əcnəbi vətəndaşlar barədə cinayət işləri açılıb, istintaq tədbirləri həyata keçirilib və həmin şəxslər barədə milli cinayət qanunvericiliyinin imkanları daxilində müxtəlif tədbirlər görülüb.

İşğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyətə dair görülən tədbirlər qismində “AzerGold” QSC dövlət şirkəti tərəfindən, işğal olunmuş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə dair cinayət işinin açılması təşəbbüsü ilə Baş Prokurorluğa müraciət edilməsini də vurğulamaq istərdim. Bu müraciət və təqdim edilmiş materiallar əsasında 2018-ci ilin mart ayında müvafiq cinayət işi başlanılıb və əlaqəli istintaq tədbirləri hazırda da davam etdirilir. Həmçinin “AzerGold” QSC bu cür qeyri-qanuni hasilatın beynəlxalq müstəvidə müxtəlif instansiyalarda hüquqi qiymət alması üçün peşəkar beynəlxalq və yerli hüquq şirkətlərini layihənin icrasına cəlb edib.

İşğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət haqqında danışarkən həmin ərazilərdə ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə vurulan sistemli zərbələri də xüsusi qeyd etmək lazımdır. Təkrar qeyd edim ki, Azərbaycan ərazilərində erməni işğalçıları və onların tərəfdaşları tərəfindən əlvan, qara metalların, habelə mineral su, ümumi yayılmış faydalı qazıntıların intensiv şəkildə hasilatı həyata keçirilir. Bu cür hasilatın həyata keçirilməsi zamanı ekoloji tələblərə heç bir formada əməl edilmir, resurslar faktiki olaraq Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş istehsalat həcmlərini dəfələrlə aşmaqla hasil edilir, zəhərli tullantıların yerli su tutarlarına, çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülmür. Bu isə öz növbəsində mineral və digər yataqların məhv edilməsinə, böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin və içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olur. İşğal olunmuş ərazilərdə kəskin müşahidə edilən digər bir problem çay şəbəkəsinin ciddi ziyana uğramasıdır. Belə ki, işğalçı rejimin yerli çayların üzərində çoxsaylı kiçik elektrik stansiyaları qurması səbəbindən çaylarda sululuğun kəskin azalması, həmçinin bu çaylarda yaşayan canlı növlərin kütləvi məhv olması barədə məlumatlar ictimai açıq mənbələrdə yayımlanır”.

S.Qurbanovun sözlərinə görə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq yanğınların törədilməsi də sadalanan ekoloji cinayətlər sırasına daxildir. Bu cür yanğınların nəticəsində çox böyük həcmdə torpaq sahələri yararsız hala düşür, zəngin meşə fondu torpaqları məhv olmaq təhlükəsi altında qalır, yandırılan torpaq sahələrində mövcud olan flora və fauna nümunələri məhv edilir: “İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, bu sərvətlərin işğalçı qüvvələrin ərazilərimizdə mövcudluğu və hərbi əməliyyatlar aparılması üçün əsas maliyyə mənbəyi olması, habelə işğal altında olan ərazilərin təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi yalnız ölkəmizin deyil, bütün digər dövlətlərin, beynəlxalq ətraf mühit fəallarının diqqət mərkəzində olmalıdır. Çünki, ətraf mühitin qorunması məsələləri universal xarakter kəsb edir və yalnız bir dövlətin sərhədləri ilə məhdudlaşmır.

Bu cinayətlər və onların zəncirvari qaydada törətdiyi nəticələr dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməli və onların önlənməsi üçün beynəlxalq səylər Azərbaycan Respublikasının səyləri ilə birləşdirilməlidir. İşğal edilmiş ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətlərə müvafiq beynəlxalq instansiyalar və mexanizmlər çərçivəsində mütləq şəkildə hüquqi qiymət verilməlidir”.

İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən talan olunması dünya dövlətlərinin diqqət mərkəzində olmalıdır VİDEO ​

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib