REGİONLAR
İşğaldan azad edilən əraziyə qanunsuz yolla daxil olmağa çalışan şəxslər saxlanılıb
Xocavənd , 17 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd və Laçın Rayon Polis şöbələrinin əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metal qalıqları yığmaq məqsədi ilə işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Ağcabədi rayon sakinləri - Elmin Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.
Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.
Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlara bir daha işğaldan azad edilmiş ərazilərə getməmək, belə səfərlərdən çəkinmək tövsiyə olunur.