“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1103 (Cild I); 2024, № 7, maddə 910) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Sökülməsi qadağan edilən obyektlərin Siyahısı”nın 124-cü, 128-ci və 129-cu bəndləri ləğv edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Sökülməsi mümkün olan obyektlərin Siyahısı”na aşağıdakı məzmunda 23280-ci, 23281-ci və 23282-ci bəndlər əlavə edilsin:
| 23280. |
1008235 |
Qeyri-yaşayış binası |
Şuşa şəhəri, Aslan Qaraşarov küçəsi |
| 23281. |
1008236 |
Qeyri-yaşayış binası |
Şuşa şəhəri, Aslan Qaraşarov küçəsi |
| 23282. |
1008584 |
Qeyri-yaşayış binası |
Şuşa şəhəri, Aslan Qaraşarov küçəsi |
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 14 ” “ may ” 2026-cı il
№ 147