Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş Qubadlının aqrar potensialı - TƏHLİL

İşğaldan azad olunmuş Qubadlının aqrar potensialı - TƏHLİL

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Qubadlı da var. 1993-cü ilin avqustundan işğal altında olan Qubadlının çoxşaxəli aqrar potensialı mövcud idi. İşğal nəticəsində Qubadlının yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilmiş, kənd yerlərində çalışan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalmış və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri sıradan çıxarılmışdır. Bugünkü ekspert yazısında Qubadlının aqrar potensialı təhlil olunur.

AZƏRTAC kənd təsərrüfatı sahəsi üzrə ekspert Əbdülrəhim Dadaşovun Qubadlının aqrar potensialı barədə yazısını təqdim edir.

Qubadlı rayonu Qarabağın, Kiçik Qafqaz dağlarının cənub-şərqində Ermənistan ilə sərhədində yerləşən rayonudur. Ərazi baxımından Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibinə daxildir. Ərazisi 802 km2 olan rayonun əhalisi 41,6 min (1993-cü ildə 28,1 min) nəfərdir. Ölkə ərazisinin 0,9 faizini, Qarabağ ərazisinin isə təqribən 5,8 faizini Qubadlı rayonu təşkil edir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub-şərq tərəfində Araz çayının sol sahilində yerləşir.

Rayonun iqlimi cənub hissəsində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, şimal hissəsində isə yayı quraq keçən mülayim istidir və ərazisində əsasən dağ şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılıb. Ərazisi bol sululuğu ilə bilinən Bazarçay (Bərgüşad), Həkəri və Meydan Dərəsi çayları ilə suvarılır.

Qubadlı əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdu. Yayı isti, qışı mülayim olan Qubadlı rayonunda keçmiş Sovet İttifaqın zamanı örüş-otlaq və biçənək sahələrinin geniş olmasına (17.8 min ha) və əhalinin maldarlıq sahəsində təsərrüfatçılıq ənənələrinin saxlanılmasına görə bu regionun aqrar potensialı daha çox heyvandarlıq sahəsində baza ağırlıqlı olmuşdu. Qeyd edək ki, burada mövcud olan otlaq sahələri respublikanın otlaq sahələrinin təxminən 0,7 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm 1 illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Əsas məşğuliyyətin əkinçilik olduğu rayonda müxtəlif meyvələr, tərəvəzlər, xüsusən də taxıl, tütün və üzüm əkilirdi.

Bitkiçilik sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Qubadlı rayonunda əkin 1988-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (83,4 faiz) və tütün sahələrinin (14,4 faiz) daha geniş sahələri əhatə etdiyi müşahidə olunur. Bu bitkilərlə yanaşı, Qubadlı rayonunda çoxillik əkmələr üzrə 997 hektar sahədə üzümlüklər vardı. Rayondakı üzümlüklərin ölkədəki payı 1,1 faiz təşkil edirdi. Aşağıdakı diaqramda əks olunan strukturdan bölgənin hansı bitkiçilik məhsullarının istehsalı ilə ixtisaslaşdığı, kənd təsərrüfatının tarixi ənənəsinin hansı sahələrdə təmərküzləşdiyi nəzərə çarpır.

Ümumilikdə, Qubadlı rayonunda 1988-ci ildə mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 0,6 faizini, eləcə də rayonda mövcud olan tütün sahələri isə ölkədəki sahənin 3,6 faizini təşkil etmişdi.

Qrafik 1.

1988-ci il üzrə Qubadlı rayonunda bitkiçilik məhsullarının əkin strukturu

Mənbə: Dövlət Statistika Komitəsi

1. Tütün istehsalı potensialı. Rəsmi statistik məlumatlara əsasən deyə bilərik ki, tütünçülük sahəsi rayon əhalisi tərəfindən ən çox istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsidir. 1980-ci ildə 504 hektar sahədən 1366 ton, 1985-ci ildə 519 hektar sahədən 2070 ton, 1988-ci ildə isə 589 hektar sahədən 2101 ton məhsul istehsal edilmişdi. Təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) tütün məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 39,0 sent/ha olduğu halda Qubadlı rayonunda bu bitkinin məhsuldarlığı 40,0 sent/ha yaxın olmuşdur. 1980-1988-ci illərdə rayonda tütün istehsalı ölkə üzrə istehsalın 3,6 faizini təşkil etmişdir. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsindən 7,8 faiz çox olması tütün istehsalında Qubadlı rayonunun daha artıq məhsul istehsal etmə imkanlarının mövcud olduğunu göstərir.

Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Qubadlı rayonunda tütünün intensiv üsullarla əkilib-becərilməsi hesabına 4 ton/ha məhsuldarlıqla istehsalın 2 min tona çatdırılması proqnozlaşdırılır. Bu da ölkədə tütün istehsalının təxminən 25-27 faizinin məhz Qubadlı rayonu hesabına formalaşacağı deməkdir.

2. Taxıl istehsalı potensialı. Rəsmi statistik məlumatlara əsasən, 1980-ci ildə 5,0 min hektar sahədə taxıl əkilmiş və biçilmiş taxıl sahələrindən 5,2 min ton məhsul əldə edilmişdir. 1985-ci ildə müvafiq olaraq sahə 3,6 min hektar və biçilmiş taxıl 8,0 min ton olmuşdur, 1988-ci ildə isə 3,4 min hektar taxıl sahəsindən 6,7 min ton taxıl götürülmüşdür. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) taxıl məhsuldarlığında təxminən 2 dəfəyədək artım olmuşdur. Taxıl üzrə orta məhsuldarlıq 17,5 sent/ha təşkil etmişdir, maksimum məhsuldarlıq isə 22,4 sent/ha olmuşdur ki, bu da həmin illərdə ölkə üzrə məhsuldarlıq göstəricilərindən cəmi 15,5 faiz aşağı olduğunu göstərir. 1980-1988-ci illər ərzində Qubadlı rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 0,6 faizini təşkil etmişdir. Həmin illər ərzində məhsuldarlığın təxminən ölkə səviyyəsinə bərabər səviyyədə olması taxıl istehsalında Qubadlı rayonunun potensial imkanlara malik olduğunu göstərir.

Müstəqillik əldə edildikdən sonra aqrar sahədə aparılmış əsaslı islahatlar və innovativ texnologiyaların tətbiqi nəticəsində ölkədə məhsuldarlığın artması ilə yanaşı, işğaldan azad edilmiş Qubadlı rayonunda da bu yeni islahatlar və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etməyin mümkün olduğunu söyləmək mümkündür. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Qubadlı rayonunda taxıl istehsalının 32,4 min tona qədər artırılması gözlənilir.

3. Üzüm istehsalı potensialı. Üzümçülük Qarabağın digər rayonlarında olduğu kimi, Qubadlıda da əsas bitkiçilik sahəsindən hesab olunur. Tədqiqatlar göstərir ki, 1985-ci ildə 2,4 min hektar sahədən 6,2 min ton üzüm istehsal edilmişdir, lakin sonrakı illər ərzində üzüm sahələri azaldılaraq 1988-ci ildə 997 hektar olmuşdur. Ümumiyyətlə, 1988-ci ildə bu üzümlüklərdən 2,9 min ton məhsul əldə edilmişdir. Beləliklə, bu illər ərzində Qubadlı rayonu üzrə üzümçülük sahəsinin ən məhsuldar dövrü 1985-ci ildə olmuşdur. Təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) üzüm bağlarının məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 95,3 sent/ha olduğu halda Qubadlı rayonunda bu bitkinin məhsuldarlığı 48,9 sent/ha təşkil etmişdir. 1980-1988-ci illər ərzində Qubadlı rayonunda tütün istehsalı ölkə üzrə istehsalın 0,3 faizinə bərabər olmuşdur. Bu illərdə məhsuldarlığın ölkə səviyyəsinin 59,2 faizini təşkil etməsi üzüm istehsalında Qubadlı rayonunun təsərrüfatçılıq ənənələrinin mövcud olduğunu göstərir.

Yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş yeni Tədbirlər Planı çərçivəsində digər bitki növləri ilə yanaşı üzümlük sahələrinin artımı və daha yüksək məhsuldarlıq səviyyəsi hesabına ölkənin üzümə olan tələbat səviyyəsinin tam təmin edilməsi gözlənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi bu rayonda şərabçılıq sektorunun da inkişafına təkan verəcək. Belə ki, 2025-ci ildə üzüm istehsalında Qubadlı rayonunun ölkədəki üzüm istehsalında payının 1,5 faizini təşkil edərək, 2,7 min ton civarında üzüm istehsalı proqnozlaşdırılır.

4. Bostan bitkilərinin istehsal potensialı. Qubadlı rayonunda kənd təsərrüfatı istehsalı üçün potensial olan digər bitkiçilik sahəsi bostan bitkiçiliyidir. Tarixi keçmişə nəzər saldıqda, 1988-ci ildə 53 hektar sahədən 113 ton bostan məhsulu istehsal edilmişdir. Ümumiyyətlə, 1980-1988-ci illərdə bu sahələrdən maksimum 141 ton məhsul yığılmışdır. Təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) bostan məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 98,0 sent/ha olduğu halda, Qubadlı rayonunda bu bitkinin məhsuldarlığı 55,3 sent/ha təşkil etmişdir. 1980-1988-ci illərdə Qubadlı rayonunda tütün istehsalı ölkə üzrə istehsalın 0,2 faizinə bərabər idi. Həmin illərdə məhsuldarlığın ölkə səviyyəsinin maksimum 60,1 faiz civarında olan nisbəti üzüm istehsalında Qubadlının istehsal imkanlarından o zamanki dövrdə tam istifadə edilməməsindən xəbər verir.

İnnovativ tədbirlər nəticəsində digər bitki növləri ilə yanaşı, bostan bitkilərinin əkin sahəsinin genişləndirilməsi və yüksək məhsuldarlığın əldə edilməsi hesabına istehsalın həcminin artımı ilə 2025-ci ildə 3 min tona yaxın bostan məhsulu istehsalı proqnozlaşdırılır.

5. Digər növ bitkilərin istehsalı potensialı. Qubadlı rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsi bu regionda meyvə və tərəvəz istehsalının da perspektivindən xəbər verir. Qeyd etmək lazımdır ki, potensial nəzərə alınaraq bu zonada nar və xurma bağlarının pilot layihə olaraq salınması da plan çərçivəsində həyata keçiriləcək. Belə ki, ölkədə tətbiq edilən aqrar innovasiyalardan istifadə nəticəsində yeni intensiv meyvə-giləmeyvə bağlarının salınması və istixanalarda tərəvəz yetişdirilməsinə başlanılılıb. Regionlarda aqrar inkişaf perspektivi baxımından, ölkənin bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatı və ixracatının artımına Qubadlının böyük töhfəsi olacaq.

Heyvandarlıq sahəsinin yemə olan tələbatı nəzərə alınarsa, bu rayonda yemlik otların da yetişdirilməsi üçün sahələrin salınması Tədbirlər Planı çərçivəsində nəzərə alınacaq.

Ümumilikdə, 2025-ci ilə qədər Qubadlı rayonunda 17 min hektarlıq əkin və bağ sahələrindən 48-50 min ton bitkiçilik məhsulu istehsalı imkanları var. Bu da ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 0,5 faizini əhatə edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində Qubadlı rayonunun yaratdığı əlavə məhsulun dəyərinin 27,6 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 0,6 faiz olması gözlənilir.

Qubadlı rayonunda 2025-ci il üçün bitkiçilik məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 1.

2025-ci ildə Qubadlı rayonu üzrə bitkiçilik məhsulları istehsalının proqnozu

Mənbə: Dövlət Statistika Komitəsi.

Qubadlının əmək, torpaq, iqlim və su resursları ilə hazırkı dövrdə bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə almaq lazımdır ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən innovativ yanaşma ilə ciddi inkişaf əldə edilib. İstər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar Qarabağın, o cümlədən Qubadlının işğaldan azad edildikdən sonra ölkənin xüsusilə kənd təsərrüfatında əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.

Heyvandarlıq sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Rəsmi statistik məlumatlara əsasən, Qubadlıda 1980-ci ildə iribuynuzlu heyvanların sayı 20320 başa çatmışdır. 1985-ci ildə 22323-ə yüksəlmiş və 1988-ci ildə isə 22776 baş olmuşdur. Xırdabuynuzlu heyvanlar üzrə isə 1980-ci ildə 45126 baş, o cümlədən 32724 baş qoyun, 12402 baş keçi, 1985-ci ildə 29304 baş, o cümlədən 17752 baş qoyun, 290304 baş keçi, 1988-ci ildə isə 30668 baş, o cümlədən 18294 baş qoyun, 12374 baş keçi olmuşdur. Bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 18499, 22117, 22803 ton və kəsilmiş çəkidə isə uyğun olaraq 1093, 1296, 1320 tona bərabər idi. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı illər üzrə 7084, 9642 və 12055 ton, yun istehsalı 1980-ci ildə 682 ton və 1985-ci ildə 378 ton, yumurta istehsalı isə 1980-ci ildə 3721, 1985-ci ildə 4519, 1988-ci ildə isə 4394 min ədəd olmuşdur. Statistik məlumatlara əsasən deyə bilərik ki, Sovet İttifaqının tərkibində olduğumuz dövrdə Qubadlıda heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf etmişdir.

Qrafik 2.

İşğaldan öncə Qubadlı rayonunda iri və xırdabuynuzlu heyvanların sayı, baş

Mənbə: Dövlət Statistika Komitəsi.

Qubadlı rayonunda 2025-ci il üçün heyvandarlıq məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 2.

2025-ci ildə Qubadlı rayonu üzrə heyvandarlıq məhsulları istehsalının proqnozu

Mənbə: Dövlət Statistika Komitəsi.

2025-ci ilə qədər Qubadlı rayonunda heyvandarlığın bərpa edilməsi ilə (34,1 min baş iribuynuzlu və 51,7 min baş xırdabuynuzlu) ölkədə bu sahənin inkişafına və sürü dövriyyəsinin təqribən 1,7 faiz artımına səbəb ola bilər. Bu sahələrə müvafiq olaraq diri və kəsilmiş çəkidə ət istehsalında 0,2 faiz və yun istehsalında isə təqribən 0,3 faiz artım proqnozlaşdırılır. Süd və yumurta istehsalında müvafiq olaraq 1,9 faiz və 0,4 faiz artım olacaq.

Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Qubadlının payı 50 min tona yaxın və yaxud 1,5 faiz olacağı ehtimal edilir. Rayon üzrə 37,5 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı gözlənilir ki, bu da ölkə üzrə müvafiq istehsal miqyasında 0,8 faiz əlavə dəyər yaradacağı potensialından xəbər verir.

Rayon əhalisinin barama istehsalının keçmişdən qalma ənənəsi də var. Ona görə də, təxminən 45-50 ton baram istehsalı potensialı da nəzərə alınmalıdır.

Qubadlı rayonunda taxılın, südün, gön-dərinin və ipəyin emalı müəssisələrinin qurulması üçün böyük potensial da var. Bu region üçün yeni trend hesab edilən meyvəçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, Qubadlıda aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafı iqtisadiyyata sovet dövründəkindən də çox töhfə verə bilər.

Ümumilikdə, Qubadlı rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində, məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsinin 65,1 milyon manat, başqa sözlə 0,7 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edir. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, rayonun respublika üzrə ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından rolu daha böyük olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb