DÜNYA
İşgüzar adamlar üçün Britaniya ulduz falı (11-17 mart)
Astroloqlar QOÇLARA özlərini “bu işin sonu necə olacaq” kimi fikirlərlə yormamağı məsləhət görürlər. Qızıldan qiymətli vaxtınızı və gücünüzü lüzumsuz düşüncələrə sərf etməkdənsə, şübhələrinizi bir kənara qoyub hərəkətə keçin. Yadda saxlayın ki, “Qran-pri mükafatını” nəticəni birinci əldə edən qazanacaqdır.
Bu həftə BUĞALARIN üzünə yeni imkanlar dünyasının qapıları açılacaqdır. Taleyüklü qərarlar qəbul etməmişdən əvvəl işgüzar tərəfdaşlarla məsləhətləşməli, həmkarlarınızın tövsiyələrini dinləməlisiniz. Ətrafdakılar bütün təşəbbüslərinizi dəstəkləyəcəklər. İdeyalarınızın necə gerçəkləşdiyini yoxlamağı unutmayın.
ƏKİZLƏR həyatlarında ən uğurlu dövrlərindən birinə qədəm qoyurlar. Maliyyə, xidmət və sahibkarlıq fəaliyyətinə rəvac verən ulduzların vəd etdiyi üstünlüklərdən yararlanın. Lakin diqqətinizi mənasız şeylərə yayındırmayın, çünki indi sizin üçün hər anın öz hökmü vardır.
Mövqeyini Aya verməkdə olan Pluton XƏRÇƏNGLƏRƏ öz işgüzar tərəfdaşlarını daha yaxşı tərəfdən görmək imkanı verəcəkdir. Birgə əməkdaşlığın üstünlükləri həyatınızı yüngülləşdirəcək, qazancınıza təsir göstərəcəkdir.
Son günlər ŞİRLƏRİN xarakteri çox sınanmışdır. Vəziyyətin belə olması imkanlarınızı real qiymətləndirməyinizə, layihələrinin perspektivlərinə olan inamınıza təsir göstərə bilər. Qanınızı qaraltmayın, ruhdan da düşməyin. Yetər ki, seçdiyiniz yoldan geri dönməyin, onda elə bir müvəffəqiyyət qazanacaqsınız ki, bütün bu sınaqlardan sonra sizə ən böyük mükafat olacaqdır.
QIZLARA astroloqlar sevdikləri işlə məşğul olmağı tövsiyə edirlər. Ətrafdakılar şəkk-şübhə etsələr də, adi bir hobbiniz gələcəkdə sizə böyük dividentlər gətirə bilər.
TƏRƏZİLƏRİN həyatında gözlənilməyən köməkçi peyda olacaqdır. Onun xidmətlərindən imtina etməyin, məqsədə daha rahat çatarsınız. Sizə Venera və Mars planetləri himayə edir. Belə fürsəti əldən vermək olmaz. Yeni tanışlıqlar qurmaq və köhnə münasibətləri inkişaf etdirmək üçün səmanın himayəsindən istifadə etməlisiniz.
Ulduzlar ƏQRƏBLƏRƏ nəhayətsizi qavramağın qeyri-mümkün olduğunu başa düşməyi məsləhət görür. Fikirləriniz ağıllı və sürətlidir, lakin diqqətinizi yalnız bir perspektivli ideya üzərində cəmləməyə çalışın və hesab edin ki, zəfər sizinlədir.
OXATANLARA astroloqlar danışıqlarda sakit davranmağı, xoş məram nümayiş etdirməyi, lakin sözündən geri dönməməyi tövsiyə edirlər. Özünüzü dostlar və sizi sevən insanlarla əhatə etməyə çalışın. Bu həftə həyatınız təkcə karyera ilə bağlı olmayacaqdır.
OĞLAQLAR çox diqqətli olmalıdırlar. İşdəki bədxahınız hərəkətə keçəcək, sizi həm rəhbərlik, həm də həmkarlar qarşısında rüsvay etməyə çalışacaqdır. Odur ki, vəzifələrinizin icrasına daha məsuliyyətlə yanaşmalısınız. Səyləriniz mükafatlandırılacaqdır.
DOLÇA bürcü bu həftə Ayın təsiri altında olacaqdır. Sizin üçün bu dövr intuitiv istedadların güclənməsi ilə müşayiət olunacaqdır. Nəticədə həm özünüzü, həm də ətrafınızdakıları yeni baxımdan qiymətləndirəcək, hadisələrə yeni tərzdə yanaşacaqsınız. Yaranmış vəziyyət yeni orijinal planlar qurmağa rəvac verəcəkdir. Bunun üçün siz əsaslı düşünüb, intuitiv baxışlarınızı riyazi hesablamalarla möhkəmləndirməlisiniz.
BALIQLAR bu həftə özlərinə güvənəcəklər. Gözlənilməz çətinliklərə sinə gərib dolaşıq vəziyyətlərdən alnıaçıq-üzüağ çıxacaqsınız. Müvəffəqiyyət qazanmaq üçün təmkinli olmalı, gücünüzü real qiymətləndirməlisiniz. Bu həftə həmişə qıvraq olmaq üçün işlə istirahəti düzgün təşkil etməlisiniz.