DÜNYA
İşgüzar adamlar üçün Britaniya ulduz falı (2–8 yanvar)
QOÇLARA ilin sonu bir qədər başağrısı versə də, hər halda uğurlu olacaqdır. Yaxın bir neçə gündə bu bürcün karyera sektorunda dolaşan Yupiter planetinin təsiri sayəsində çox məhsuldar bir dövr olacaqdır. Ətrafınızda qaynayan həyat öz sürətinə bir anlıq da olsa aram verməyəcəkdir. Bundan faydalanıb, fərasətli hərəkət etsəniz qazanacaqsınız, çünki ulduzlar bu həftə sizin tərəfinizdədir.
BUĞALAR öz işlərini qurmaları üçün həlledici seçim anı ilə üzləşmişlər. Həm Venera, həm də Neptun biznes-koordinatlarınızda olduğu üçün karyeranızın hansı istiqamətdə inkişaf edəcəyini aydın görəcəksiniz. Bu fürsətdən mütləq istifadə etməlisiniz, çünki planetlərin belə düzümü yaxın 20-30 ildə gözlənilmir. London astroloqları qəlbinizin səsini dinləməyi, eyni zamanda ağlın səsini qulaqardına vurmamağı tövsiyə edirlər.
ƏKİZLƏR dekabrın son günlərində biznes tərəfdaşları ilə konsensusa nail olmaqda bəzi çətinliklər hiss edəcəklər. Ulduzlar mövcud sazişlərə etibar etməyib, kağız müqavilənin heç də həmişə real vəziyyətə uyğun gəlmədiyini yadda saxlamağı, xalq müdrikliyinə müraciət edib, “Etibar et, amma yoxla” prinsipi ilə hərəkət etməyi məsləhət görür. Əlinizə külli miqdarda borc pul keçəcəyi də istisna deyildir. Yaxşı olar, həmin pulu perspektivi olan işə yatırasınız.
XƏRÇƏNGLƏR bu həftə əməkdaşlıq haqqında sərfəli müqavilə imzalayıb öz rifahlarını bir xeyli yüksəldəcəklər. Xidmət sahəsində çalışanların işləri yaxşı gedəcəkdir. Yeni il qabağı və bayram günləri biznesinizə çox ehtiyac olacaqdır. Ofisə qapanıb qalanları isə bir qədər ağır günlər gözləyir. Sizi daim öz işinizdən ayırmağa çalışacaqlar. Diqqətiniz cəmləyə bilməyəcəksiniz. Böyük işlər planlaşdırmayın. Güc toplayın, çünki qarşıdan gələn ildə çox güclü olmalısınız.
ŞİRLƏRİN bayram günlərində işləmək qabiliyyəti çox güclü olacaqdır. Yüksək enerjiyə səma cisimlərinin düzümü rəvac verəcəkdir. Eyni zamanda, işin həcmi də artacaqdır. Bu işlərin öhdəsindən gəlmək üçün bu il çox çalışmalı olacaqsınız. Bu, sizin gəlirlərinizə müsbət təsir göstərəcəkdir. Lakin yadda saxlayın ki, bütün uğurların kökündə ciddi nizam-intizam, planauyğun addımlar durur.
QIZLAR ilin sonunda yorulduqlarını və çox əsəbi olduqlarını hiss edəcəklər, lakin çətin günlər tezliklə geridə qalacaqdır. Əgər yaradıcı insansınızsa, sanballı uğurlara imza atacaqsınız. Gələcəyə cəsarətlə baxmaqdan qorxmayın. Özünüzə inanın. Onda tezliklə hər şeyin yaxşılığa doğru dəyişəcəyini hiss edəcəksiniz. İlk növbədə işdə vəziyyət düzələcək, biznesiniz inkişaf edəcəkdir.
TƏRƏZİLƏRƏ astroloqlar Yeni ilədək bitirməli olduqları işləri başa çatdırmağı məsləhət görürlər. İşlərin həcmini sağlam qiymətləndirməyə çalışın. Bütün bunlara gücünüzün çatıb-çatmayacağı barədə düşünün. Bütün işlərin öhdəsindən gəlməkdə və hər şeyi vaxtında başa çatdırmaqda sizə ən çox boş söhbətlər və lüzumsuz informasiya mane ola bilər. İşgüzar səfərlərdən imtina edin. Boş yerə vaxt itirəcəyiniz ehtimalı çox güclüdür.
ƏQRƏBLƏR son vaxtlar gərgin və səmərəli işləmişlər. Ancaq dincəlməyinizə çox az qalıb. Buna baxmayaraq, ulduzlar bayram əhval-ruhiyyəsinə çox da uymamağı tövsiyə edir. Əksinə, diqqətinizi cəmləyib yola saldığınız ildə başınıza gələnləri, xüsusən xoşagəlməz hadisələri təhlil etməyə çalışın. Bütövlükdə işləri yekunlaşdırmaq və gələcək üçün planlar qurmaq üçün çox əlverişli dövrdür.
OXATANLAR üçün işdə mürəkkəb vəziyyət yaranmışdır. Əməyinizin nəticələri səylərinizə bərabər olacaqdır. Əgər öz biznesiniz varsa və qərarları müstəqil qəbul edirsinizsə, müxtəlif əngəl və çətinliklərlə qarşılaşa bilərsiniz. Lakin işiniz əsla taleyüklü məsələlərin qəbulu ilə bağlı deyilsə, gəlirləriniz xeyli arta bilər. Yalnız tənbəllik etməyin. Öz üzərinizdə çalışmaqda, püxtələşməkdə davam edin.
OĞLAQLAR qeyri-adi qərarlar qəbul etməyə hazır olmaları sayəsində həmkarlarında və tərəfdaşlarında müsbət təəssürat doğuracaq, maddi durumlarını xeyli yaxşılaşdıracaqlar. Bircə yarı yolda dayanmayın. Unutmayın ki, maddi qazanc aysberqin cüzi bir hissəsidir. Odur ki, sizə verilən bu fürsətdən ağılla istifadə edin. Daxili səsinizə qulaq verin. Hadisələrin gedişatını proqnozlaşdırmağa çalışın. Ulduzlar yaxın günlərdə sizə hər cür kömək göstərəcəkdir.
DOLÇALAR ili çox gərgin başa vuracaqlar. Ulduzlar yaxın günlərdə yalnız cari işləri görüb başınızdan uca tullanmamağı məsləhət görür. Ətrafınızdakı hadisələr sakit və aramla inkişaf edəcəkdir. Hadisələri qabaqlamağa çalışmayın. Sadəcə, təmkininiz pozmadan sakitcə işlərinizə davam edin, eyni zamanda özünüzə sadiq qalın. Çalışın ki, bütün məsələləri kənardan kömək olmadan müstəqil həll etməyə çalışın.
BALIQLARIN həmfikirləri və yaxınları ilə bir kollektivdə işləmələri üçün uğurlu dövrdür. Müxtəlif yığıncaq, müşavirə və iclaslarda, habelə ictimai işlərdə fəal iştirak etməyə çalışın. Bu, sizin xeyrinizə olacaqdır. Günəş və Ay artıq iş həyatınızla bağlı koordinatlarınızı tərk etsə də, necə hərəkət edəcəyinizi dəqiq göstərmişdir. 2012-ci ili biznes-plan qurmaqla qarşılayın. Daxilinizdə bir öncəgörən oyana bilər. Yəni siz bu və ya digər hadisələri irəlicədən hiss edib hadisələri qabaqlaya bilərsiniz.