Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

İSLAM ALƏMİNİN ZƏNGİN MƏDƏNİYYƏTİ DÜNYAYA OLDUĞU KİMİ TƏQDİM EDİLMƏLİDİR
“BAKI - İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI-2009” MƏDƏNİYYƏT İLİNİN TƏNTƏNƏLİ AÇILIŞI MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

İSLAM ALƏMİNİN ZƏNGİN MƏDƏNİYYƏTİ DÜNYAYA OLDUĞU KİMİ TƏQDİM EDİLMƏLİDİR “BAKI - İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI-2009” MƏDƏNİYYƏT İLİNİN TƏNTƏNƏLİ AÇILIŞI MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Bakıda, Azərbaycanda çox əlamətdar bir gündür. Biz “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət ilinin açılışı münasibətilə yığışmışıq. Bu, Bakı şəhəri üçün böyük şərəfdir. Mən şübhə etmirəm ki, bu gözəl tədbir, açılış mərasimi və bundan sonrakı tədbirlər uğurlu keçəcək və İslam dünyasının, İslam mədəniyyətinin birləşməsi, bir-birinə daha da yaxın olması üçün öz müsbət rolunu oynayacaqdır.

Mən bu qərarın qəbul edilməsində rolu olan bütün insanları burada salamlayıram, onlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısında baş verdi. Bu işdə həm İslam Konfransı Təşkilatının, həm də İSESKO təşkilatının çox böyük rolu olmuşdur. Mən bu gün İSESKO-nun baş direktoru cənab əl-Tüveycrinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu qərarın qəbul edilməsində onun çox böyük rolu olmuşdur. Cənab əl-Tüveycri Azərbaycanın böyük dostudur və onun fəaliyyəti sayəsində İSESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Biz müxtəlif proqramlar həyata keçiririk. İSESKO-nun xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir. Beləliklə, Azərbaycan ilə İSESKO arasında əlaqələr yeni yüksək pilləyə qalxır. Bu, çox böyük əhəmiyyətə malik bir məsələdir.

Azərbaycan müstəqil ölkə kimi nisbətən gəncdir, cəmi 17 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Biz bu illər ərzində çalışmışıq və çalışırıq ki, islam ölkələrinin həmrəyliyi, birliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilibdir. Eyni zamanda, Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal rol oynayır. Son illər ərzində Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir: xarici işlər nazirlərinin toplantısı, mədəniyyət və turizm nazirlərinin toplantısı. Növbəti illərdə daha da çox tədbirlər keçiriləcəkdir. Beləliklə, biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə İslam aləminin bir-birinə daha da yaxın olmasına çalışırıq. İslam həmrəyliyinin daha da möhkəm olmasına çalışırıq. Buna böyük ehtiyac var. Biz bir-birimizi dəstəkləməliyik, həm siyasi sahədə, həm də iqtisadi sahədə daha da sıx əməkdaşlıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə təqdim etməliyik, islam ölkələri arasında daha çox qarşılıqlı ticarət aparılmalıdır.

Şübhəsiz ki, siyasi müstəvidə, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında islam ölkələrinin birliyi, həmrəyliyi çox böyük əhəmiyyət daşıyır. Əminəm ki, hər bir müsəlman ölkəsi bunu hiss edir. Birgə təşəbbüslərimiz çox uğurlu olur. Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, təhlükəsizlik təmin olunsun, əmin-amanlıq olsun, dünyada müharibələr olmasın və sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm olsun və daha da yaxşı nəticələr versin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır.

Bayaq qeyd etdiyim kimi, bizim ölkəmizdə İslam Konfransı Təşkilatı xətti ilə, İSESKO xətti ilə və Avropa strukturlarının xətti ilə çoxsaylı tədbirlər keçirilir. Bəzən bu tədbirlər birgə keçirilir. Bu da çox önəmlidir. Yəni Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmlənməsi bizim maraqlarımıza cavab verir. Çünki əlaqələr nə qədər çox olsa, nə qədər çox qarşılıqlı anlaşma olsa, uğurlar da bir o qədər çox olacaqdır. Biz öz tərəfimizdən İslam həmrəyliyinin daha da möhkəm olması üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.

İslam qardaşlıq dinidir, tolerantlıq, dözümlülük dinidir. Dünyada bizim müqəddəs dinimiz olduğu kimi təqdim edilməlidir. Bütün İslam dünyasının özünü təqdim etməsi üçün atılan addımlar mədəniyyət sahəsində də özünü büruzə verməlidir. Çünki İslam dünyasının çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim mədəniyyətimiz dünya birliyinə olduğu kimi təqdim edilməlidir.

Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan ölkədir. Bayaq qeyd etdiyim kimi, baxmayaraq ki, biz müstəqil ölkə kimi cəmi 17 ildir yaşayırıq, ancaq Azərbaycan çox böyük mədəni irsə malik olan ölkədir. Əsrlər boyu insanlar Azərbaycanda yaşayıb-yaratmışlar. Bizim tarixi abidələrimiz bunun əyani sübutudur. Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz - bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq. Dövlət quruculuğu fəaliyyətimiz buna yönəlmişdir ki, möhkəm tarixi, mənəvi əsaslar üzərində müasir dövlət quraq, dövlətçiliyi, müstəqilliyi möhkəmləndirək, əbədi, dönməz edək və beləliklə, Azərbaycanın hərtərəfli inkişafına nail olaq. Bu işlərdə bizim böyük uğurlarımız var. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə müstəqil ölkədir, öz müstəqilliyini qoruyub saxlaya, daha da möhkəmləndirə bilmişdir. Bu gün Azərbaycan istər xarici siyasətdə, istərsə də daxili işlərdə müstəqil siyasət aparan ölkədir. Bizim bütün imkanlarımız səfərbər olunubdur. Azərbaycanın bölgədəki rolunun artması, dünyadakı mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanın çox etibarlı tərəfdaşa çevrilməsi işləri - bunlar uğurla davam etdirilir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim həm siyasi addımlarımız, həm də regional müstəvidə atdığımız addımlar, irəli sürülmüş təşəbbüslər dostluğa, əməkdaşlığa yönəldilibdir. Biz istəyirik ki, bölgədə sülh olsun, təhlükəsizlik olsun. Belə olan halda, inkişaf üçün daha da çox imkanlar olacaqdır.

O ki qaldı bizim ümumi inkişafımıza, Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Bizim iqtisadiyyatımız son beş il ərzində dünyada ən sürətlə artan iqtisadiyyat olubdur. Köklü iqtisadi və siyasi islahatlar Azərbaycanı daha da gücləndiribdir. Ölkəmiz gələcəyə çox nikbinliklə baxır. Biz gələcəyə böyük ümidlərlə baxırıq. Buna imkan verən bu vaxta qədər görülmüş işlərdir. Bizim bütün işlərimiz uğurla nəticələndi, verilən bütün sözlər yerinə yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir.

Əlbəttə ki, hər bir ölkənin hərtərəfli inkişafı üçün, ilk növbədə, mənəvi əsaslar olmalıdır. Onlar da bizdə var. Eyni zamanda, düşünülmüş siyasət aparılmalıdır və biz qoyulan məqsədə ardıcıllıqla addımlamalıyıq. Hər bir ölkənin hərtərəfli inkişafı həm də mədəniyyət sahəsində inkişafı ehtiva edir. Bu sahəyə çox böyük diqqət göstərilir. Baxmayaraq ki, Azərbaycan bir neçə il bundan əvvəl demək olar ki, ən çətin iqtisadi sınaqlardan çıxa bilmişdir.

Bizim müstəqil iqtisadi inkişafımızın tarixi o qədər də böyük deyildir. Baxmayaraq ki, bugünkü dünyada maliyyə böhranı geniş vüsət alıb və ən inkişaf etmiş ölkələr bu böhrandan əziyyət çəkir və öz xərclər proqramlarına düzəlişlər edirlər, amma Azərbaycanda humanitar sahəyə, mədəniyyətə ayrılan xərclər azalmır. Azərbaycanda bundan sonra da bizim mədəni irsimizin qorunması üçün nə qədər lazımdırsa, o qədər vəsait ayrılacaqdır. Artıq biz bunu görürük. Azərbaycanda demək olar ki, bütün tarixi abidələr bərpa edilir, yeni mədəniyyət ocaqları yaradılır, teatrlar, muzeylər bərpa olunur və ən müasir, gözəl səviyyədə yeniləri tikilir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Əlbəttə, xüsusilə dünya miqyaslı böhran zamanı iqtisadi sıxıntılar, iqtisadi problemlər qaçılmazdır. Hər bir ölkə bu və ya digər dərəcədə bu problemlərlə üzləşir. Ancaq bu o demək deyil ki, həmin problemlər bizə elə təsir etməlidir ki, bizim üçün əsas olan istiqamətlərə bir az biganə qalaq. Yox, əksinə, mən hesab edirəm ki, hər bir böhrandan çıxmaq üçün, ilk növbədə, güclü iradə olmalıdır, düşünülmüş siyasət olmalıdır və qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün qüvvələr səfərbər edilməlidir. Biz bu gün bunu Azərbaycanda görürük.

Aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən səslənən bəyanatlar da bir daha bunu göstərir. Bu bəyanatlar ondan ibarətdir ki, Azərbaycan dünya iqtisadi böhranına ən çox hazır olan ölkələrdən biridir. Bu hazırlıq göydən düşmür, son illər ərzində aparılan ardıcıl siyasət nəticəsində mümkün olubdur. Bu hazırlığı biz özümüz qazanmışıq, əldə etmişik. Bütün bunlar bizim düşünülmüş siyasətimizlə, atılan addımlarla, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrlə, iqtisadi potensialımızı şaxələndirməklə mümkün olubdur. Mən şübhə etmirəm ki, Azərbaycan dünyanı bürümüş çox ciddi, ağır iqtisadi və maliyyə böhranından şərəflə, üzüağ çıxacaqdır. Bizim inkişafımız bundan sonra da uğurlu, uzunmüddətli və dayanıqlı olacaqdır.

Bir daha demək istəyirəm ki, biz hətta bu müddət ərzində də mədəniyyətə ayrılan vəsaiti azaltmamalıyıq, öz diqqətimizi ondan əsirgəməməliyik. Azərbaycanın zəngin mədəni irsinin qorunması üçün və zənginləşdirilməsi üçün öz əməli işlərimizi bundan sonra da davam etdirməliyik.

Bakının çox gözəl memarlıq abidələri var. Əminəm ki, şəhərimizin qonaqları bu abidələrlə tanış olacaqlar. Bu abidələr Azərbaycan dövləti tərəfindən lazımı səviyyədə qorunur və bundan sonra da qorunacaqdır. Eyni zamanda, Azərbaycanın digər bölgələrində çoxsaylı tarixi və dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən qorunur. Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş torpaqlarda biz öz tarixi irsimizi qoruya bilmirik. Çünki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bizim ərazimizin 20 faizi işğal altına düşüb və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib, bütün dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu eyni zamanda, beynəlxalq müşahidəçilər də vurğulayırlar. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə səfəri zamanı hazırlanan məruzədə bütün bunlar göstərilibdir. Göstərilib ki, Ermənistan tərəfindən hər şey dağıdılıbdır. Yəni budur erməni vandalizminin nəticələri, budur təcavüzkar işğalçı siyasətin nəticəsi. Şübhə yox ki, torpaqlarımız işğal altından çıxandan sonra biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün şəhərləri yenidən bərpa edəcəyik, bütün binaları tikəcəyik. Ancaq bunu etmək üçün münaqişəyə son qoyulmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.

Keçən ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə əlaqədar qətnamə qəbul edilərkən bizə səs verən bütün ölkələri, İslam ölkələrini bu yüksək kürsüdən bir daha salamlayıram, onlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm, baxmayaraq ki, böyük dövlətlər, bu münaqişə ilə bilavasitə məşğul olan ölkələr qətnamənin qəbul olunmasına problemlər yaratmaq istəyiblər və əleyhinə səs vermişlər, ancaq bu qətnamə böyük səs çoxluğu ilə qəbul edilibdir. 39 ölkə qətnaməyə səs verdi və onların içində əksəriyyəti müsəlman ölkələridir. Bax, budur real İslam həmrəyliyinin nəticələri. Budur bizim müştərək siyasətimizin uğurları. Azərbaycan da öz tərəfindən bütün İslam ölkələrinin maraqlarının qorunması üçün töhfəsini verməyə hazırdır və bundan sonra da siyasətində bu prinsipləri rəhbər tutacaqdır.

Əziz dostlar!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Bütün İslam dünyasına sülh, əmin-amanlıq arzulayıram. Bütün müsəlman bacı-qardaşlarımıza xoşbəxtlik və tərəqqi arzulayıram.

Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq VİDEO

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı