Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İslamabadda Azərbaycanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı seminar keçirilib

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən biri olan Müslim İnstitutu ilə birgə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunan “Azərbaycan və Pakistan münasibətləri - akademik və sosial-mədəni perspektivlər” mövzusunda seminar keçirib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, seminarda ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov, Milli Məclisin deputatı, Azərbaycan Dillər Universitetinin (ADU) sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov, ADU-nun xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, xarici ölkələrin Pakistandakı səfirləri və diplomatları, Pakistanın Müasir Dillər Universitetinin dosenti Sərvət Rauf, müdafiə sahəsi üzrə ekspert Əbdul Rəhman, Müslim İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Asif Tanvir Avan, eləcə də, Pakistanın ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Müslim İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Asif Tanvir Avan Azərbaycan və Pakistanın dost münasibətlərindən bəhs edib. Həmçinin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə hər iki ölkə xalqını təbrik edib.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu vurğulayaraq ötən 30 il ərzində Azərbaycan və Pakistan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Xəzər Fərhadov Vətən müharibəsindən söhbət açaraq 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayıb və bu müharibə dövründə, eləcə də keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə Pakistan hökuməti və xalqı tərəfindən ölkəmizə göstərilən siyasi və mənəvi dəstəyə görə qardaş Pakistana təşəkkürünü ifadə edib. Diplomatik münasibətlərin 30-cu ildönümü ərəfəsində Pakistan Senatı tərəfindən ilk dəfə olaraq yekdilliklə qəbul olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyi ifadə edən, Xocalı soyqırımını qınayan, diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü təbrik edən, həmçinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini təşviq edən qətnaməyə istinad edən səfir bu qətnamənin iki ölkə arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Diplomat Azərbaycan-Pakistan münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində işlərin aparıldığını qeyd edib və nümunə olaraq Pakistan vətəndaşları üçün asan viza sisteminin mövcud olmasını, Karaçi, Lahor və İslamabaddan Bakı şəhərinə birbaşa uçuşların başlamasını, Hökumətlərarası Birgə Komissiyanın tərkibində yaradılan 10 işçi qrupunun, eləcə də hazırda İslamabad Ticarət və Sənaye Palatasının 120 nəfərə yaxın iş adamından ibarət nümayəndə heyətinin Bakıda işgüzar səfərdə olmasını diqqətə çatdırıb.

ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov seminarda çıxış edərək Azərbaycan və Pakistan münasibətlərindən danışıb. Pakistanın Azərbaycana 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyin yüksək qiymətləndirildiyini bildirib və Azərbaycan-Pakistan-Türkiyə bayraqlarının ölkəmizdə dalğalandığını qonaqların diqqətinə çatdırıb. Diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu bir zamanda Pakistanın Müasir Dillər Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başladığını vurğulayan Novruz Məmmədov bu Mərkəzin iki ölkə arasında elm və mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini qeyd edib. Novruz Məmmədov yubiley münasibətilə öz təbriklərini çatdıraraq dost və qardaş ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıqların bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Seminarda çıxış edən Milli Məclisin deputatı, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova ilk öncə Vətən müharibəsi dövründə Pakistan hökuməti, parlamenti və xalqı tərəfindən Azərbaycana göstərilən siyasi və mənəvi dəstəyi vurğulayıb, bu dəstəyə görə öz təşəkkürünü bildirib. Azərbaycanın və Pakistanın hər zaman beynəlxalq arenada bir-birini dəstəklədiyini qeyd edən deputat keçmiş Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa məhz Pakistanın sədrlik etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tamam Cəfərova ölkələrimiz arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi vurğulayıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrdən də danışaraq bu layihələrin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xüsusi töhfə verdiyini bildirib və Mehriban Əliyevanın bu fəaliyyətlərinə görə Pakistanın ən ali dövlət mükafatı “Hilal-e-Pakistan” ordeni ilə təltif olunduğunu qeyd edib. Azərbaycan Dillər Universitetində açılmış Pakistan Mədəniyyət Mərkəzinin və Pakistanın Müasir Dillər Universitetində fəaliyyətə başlamış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin önəmindən bəhs edən prorektor bu mərkəzlərin hər iki ölkə gəncləri arasında əlaqələri daha da gücləndirəcəyini, eləcə də Azərbaycan və Pakistan dillərinin, ədəbiyyatlarının öyrənilməsinə kömək edəcəyini diqqətə çatdırıb.

Tədbirin digər məruzəçiləri - Pakistanın Müasir Dillər Universitetinin professoru Sərvət Rauf, bu ölkənin müdafiə sahəsi üzrə eksperti Əbdul Rəhman da çıxışları əsnasında iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər, Pakistanın Ermənistanı işğalçılıq siyasətinə görə bir dövlət kimi tanımadığını bildiriblər. Onlar, həmçinin Azərbaycan torpaqlarının erməni işğalından azad olunması və diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən günlərdə 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb