DÜNYA
İslandiyada kino çəkilişi üçün vergi artırılır
Bakı, 20 iyun, Ramiz Quliyev, AZƏRTAC
İslandiya parlamenti ölkənin ərazisində kino çəkilişinə qoyulan vergini 20 faizdən 25 faizə qaldırmaq barədə qərar qəbul edib.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, dəyişiklik gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Bu təşəbbüs 2021-ci ilə qədər nəzərdə tutulan vergi islahatının tərkib hissəsi sayılır. Qeyri-adi, gözəl təbiətinə və heyranedici landşaftına görə İslandiya dünya kinosunun ən populyar çəkiliş məkanlarından biri sayılır və burada kino biznesi digər ölkələrlə müqayisədə xeyli inkişaf edib.
Qanunvericilikdə oxşar dəyişikliyin aparılması yalnız İslandiyaya aid deyil. Bu ilin yanvarında Fransa hökuməti də ölkə ərazisində film çəkilişləri üçün vergi dərəcəsini 20 faizdən 30 faizə qaldırıb.
Norveçdə isə bu verginin dərəcəsi əvvəldən 25 faizdir. Analoji qanun dəyişikliyinin aparılması Rumıniyada, Almaniyada və Serbiyada da gündəlikdədir.