İsmayıllı əhalisi təmiz şəhərdə yaşayacaq
İsmayıllı, 5 avqust (AZƏRTAC). İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bölgədə epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə “Təmiz şəhərdə yaşa” devizi ilə “Gələcək öz əlimizdədir” layihəsinə başlanılıb.
Layihə Bakının Binəqədi rayonunda uğurla həyata keçirilən “Təmiz Binəqədi” layihəsinin təcrübəsinə əsaslanaraq hazırlanıb. Layihə barədə bir qrup binəqədili gəncin İsmayıllıya səfəri çərçivəsində aparılan təcrübə mübadiləsi zamanı ətraflı məlumat verilmişdi.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllının turizm bölgəsi olması və Azərbaycanın bir sıra turizm bölgələrinə magistral yolun buradan keçməsi təmizlik və sanitariya məsələlərinə diqqətin daha da artırılmasını tələb edir.
“Gələcək öz əlimizdədir” layihəsi ilə əlaqədar tərkibi 16 nəfərdən ibarət komissiya yaradılıb, tədbirlər planı hazırlanıb. Layihənin icrasına geniş əhali kütləsinin cəlb edilməsi məqsədilə maarifləndirmə işlərinin aparılmasına da xüsusi önəm verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]