REGİONLAR
İsmayıllı rayonunda kartof yığımı başa çatıb
İsmayıllı, 1 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda kartof yığımı başa çatıb. Fermerlər və fiziki şəxslər sahələrdən 14 min 611 ton məhsul götürüblər ki, bu da əvvəlki ildəkindən 129 ton çoxdur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ildə 976 hektar sahədə kartof əkilib. Əkin sahələri ötən ildəkindən 6 hektar çox olub. 315 hektar sahədə əkin sənaye üsulu ilə aparılıb. Fermerlər belə sahələrin hər hektarından 350-400 sentner məhsul götürüblər. May ayından cənub ərazilərdən başlayaraq yığılan məhsulun bir hissəsi yerli bazarlara çıxarılır.
Kartofçuluq İsmayıllıda ənənəvi təsərrüfat sahəsi hesab edilir. Artıq son illərdə bir sıra ərazilərdə sahələrin intensiv texnologiya ilə əkilib-becərilməsinə diqqət artıb. Belə sahələrdən yüksək məhsuldarlıq əldə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]