CƏMİYYƏT
İsmayıllıda maarifləndirmə tədbiri keçirilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 16-da İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər uşaqların doğulanadək cinsinin seçilməsinin qarşısının alınması, ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlük verilməsinin azaldılmasını vurğulayıblar. Seminarda gender bərabərliyinin önəmini, selektiv abortun qanuni, tibbi və dini cəhətdən qadağa və zərərlərini müzakirə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.