REGİONLAR
İsmayıllıda tütün dərimi davam edir
İsmayıllı, 5 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda yaş tütün dərimi davam edir və qurudulan 9535 kiloqram xam məhsul artıq alıcı şirkətə təhvil verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Paşa Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə İsmayıllıda 15 hektar sahədə tütün yetişdirilib. Bunun 1 hektarında fermer Tamella Bağırova tərəfindən “Virciniya” sortundan olan tütün becərilib.
Qeyd edək ki, rayonda 2016-cı ildə cəmi 4 hektar sahədə tütün əkilmişdi. Artıq əkin sahələri 4 dəfəyə yaxın artıb. Builki mövsümdə alıcı şirkətə 30 ton quru tütün təhvil verilməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]