Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İsmət Səttarov: Sosial şəbəkələrdə tənqid olunan proqramlar ümumölkə yerüstü televiziya yayımında heç də böyük paya sahib deyil - MÜSAHİBƏ

İsmət Səttarov: Sosial şəbəkələrdə tənqid olunan proqramlar ümumölkə yerüstü televiziya yayımında heç də böyük paya sahib deyil -  MÜSAHİBƏ

Bakı, 29 dekabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun AZƏRTAC-a müsahibəsi.

-İsmət müəllim, xahiş edirik əvvəlcə Şuranın il ərzində gördüyü işlərlə bağlı məlumat verin...

-Yola saldığımız 2023-cü il ərzində Şura öz səlahiyyətləri çərçivəsində işləri həyata keçirməyə davam edib. Bu fəaliyyəti bir çox istiqamətlərə bölmək olar: ümumölkə yerüstü televiziya və radio yayımçılarının mütəmadi, digər yayımçıların vətəndaş şikayətləri əsasında monitorinqi; ümumölkə yerüstü televiziya kanallarının məzmununun təhlili və statistikası üzrə fəaliyyət; qanun pozuntularına qarşı müvafiq fəaliyyət (tövsiyə, xəbərdarlıq, yayımın dayandırılması sanksiyası); yeni audiovizual media subyektlərinə lisenziyaların verilməsi sahəsində iş; Bakı şəhəri və Abşeron yarımadasının ərazisində ödənişli retranslyasiya fəaliyyəti üçün 2 radiotezlik üzrə müsabiqənin keçirilməsi; operatorluq fəaliyyətilə məşğul olan subyektlərə “Media haqqında” Qanuna uyğun olaraq keçmiş MTRŞ-nin verdiyi lisenziyaların yeni lisenziyalarla əvəzlənməsi prosesi; DAB+ standartlı rəqəmsal radio yayımına keçidlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə koordinasiyalı iş; ümumölkə yerüstü radio yayımçılarının proqramlarının ölkə ərazisində tam yayımına nail olunması sahəsində iş, bu məqsədlə maliyyə yardımının ayrılması ilə bağlı dövlətimizin başçısının Sərəncamının icrası istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə fəaliyyət; rəqəmsal televiziya yayımının DVB-T standartından DVB-T2 standartına keçirilməsi üzrə ilkin araşdırma-təhlil işlərinin aparılması, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə koordinasiya; lokal antiterror tədbirlərindən sonra Qarabağda televiziya və radio yayımının yenidən təşkili üzrə fəaliyyət və sairə istiqamətlər.

-Bu il Şura televiziya və radio yayımçılarına neçə xəbərdarlıq, cərimə kəsilməsi və yayımın dayandırılması cəzası tətbiq edib?

-İl ərzində Audiovizual Şura bir sıra yayımçılara xəbərdarlıq, bir sıra yayımçılara qarşı isə yayımın dayandırılması sanksiyasını tətbiq edib. Bu hallara misal olaraq qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan şəxsin təqsirli olması haqqında məlumatların yayımlanmasına görə il ərzində “MTV” və “Space” TV kanallarına xəbərdarlıq olunub, süni mayalanma ilə bağlı tibbi xidmətin reklamına görə “Xəzər” TV, “ATV”, “ARB” və “Dünya” TV-yə xəbərdarlıq edilib, bu hadisədən sonra yenə həmin pozuntuya görə “Media FM” radio kanalının yayımı 1 saatlıq dayandırılıb. Reklam materialının xarici dildə yayımlanmasına görə “ARB”, “ATV”, “Xəzər” TV və “Space” TV-yə xəbərdarlıq olunub. Qeyri-dəqiq reklam materialının yayımlanmasına görə “ARB” televiziya kanalının, bir saatda yayımlanan reklam həcminin aşılmasına görə “Kanal S”in, əxlaqdankənar leksik ifadələrin yayımlanmasına görə “Space” TV-nin yayımı 3 saatlıq dayandırılıb. Həmçinin də ən son iclasda digər yayımçının materiallarından icazəsiz və istinadsız istifadəsinə görə “Space” TV-yə xəbərdarlıq edilib.

Təbii ki, bu faktlar il ərzində baş vermiş pozuntuların hamısını əhatə etmir. Bir çox pozuntu baş verir ki, onların əsas səbəbi texniki qüsur və ya problemlər olur. Reklam və sponsor təqdimatlarının həcminin aşılması, texniki səbəbdən gündəlik proqramın əvvəlində Dövlət Himninin səsləndirilməməsi və sair pozuntular texniki problemlər səbəbindən baş verdiyindən kanallara zəruri bildirişlər göndərilir.

Bir məsələni də qeyd etmək istərdim ki, Audiovizual Şuranın həyata keçirdiyi mütəmadi maarifləndirmə tədbirləri və görüşlər, yayımçılara zəruri tövsiyələrin verilməsi, habelə yayımçılar tərəfindən yol verilən qanun pozuntularının, əsasən də reklam sahəsində qanun pozuntularının sayı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə maarifləndirmə fəaliyyətinin aparılması nəticəsində xeyli dərəcədə azalıb.

- Belə çıxır ki, cəza və xəbərdarlıqlar yaxşı səmərə verir...

- Pozuntulara qarşı sərt sanksiyaların tətbiqi həmişə tam səmərəli olmur. Bu səbəbdən texniki qüsurlar üzündən baş vermiş pozuntulara görə bildiriş göndərilir, vəziyyət ciddiləşəndə isə Şura xəbərdarlıq edir, pozuntu sistematik hal almağa başlayanda və ya həmin pozuntu çox ciddi olanda, yayımın dayandırılması sanksiyası, yaxud maliyyə sanksiyası tətbiq edilir. Zəruri maarifləndirmə və müvafiq sanksiyaların tətbiqi işləri birgə aparıldıqda səmərəsi çox olur. Odur ki, Şura bu iki istiqaməti də diqqətdə saxlayır və hər ikisini müvafiq dərəcədə tətbiq edir.

- İsmət müəllim, televiziyalarda və radiolarda Azərbaycan dilindən istifadə vəziyyəti necədir? Dil qüsurları artıb, azalıb, yoxsa sabit qalıb?

- Dövlət dili normalarına əməl edilməsi istiqamətində vəziyyətin necə olmasını daha çox Dövlət Dil Komissiyasının yanında fəaliyyət göstərən Monitorinq Mərkəzinin hesabatları dəqiq göstərə bilər. Amma Şura olaraq biz də bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd olunmalıdır ki, Şura dövlət dili normalarına əməl olunması istiqamətində hazırkı mərhələdə ciddi sanksiyaların tətbiq olunmasını təqdir etmir. Bu məsələ çox uzunmüddətli hazırlıq, maarifləndirmə işlərinin həyata keçirilməsindən, ümumən jurnalistlərin peşə hazırlığının artırılmasına nail olunmasından sonra daha səmərəli ola bilər. Hazırda bu istiqamətdə işlər görülür.

Müsbət hal kimi deyə bilərəm ki, Medianın İnkişafı Agentliyinin telekanallarda xəbər aparıcıları ilə təşkil etdiyi təlimlər, zəngin təcrübəyə malik televiziya və radio mütəxəssislərinin (diktor, aparıcı, şoumen və s.) hazırda fəaliyyət göstərən əməkdaşlara ustad dərsləri keçməsi, həmçinin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin həyata keçirdiyi məlumatlandırma və maarifləndirmə tədbirləri, Teleradio Akademiyasının fəaliyyəti nəticəsində bu sahədə vəziyyət daha yaxşıya doğru sabitləşməkdədir. Ümid edirəm ki, adını çəkdiyim qurumlarla qarşılıqlı fəaliyyətimiz nəticəsində yayımda ədəbi dil normalarına riayət edilməsinə nail olacağıq.

- Son illər Azərbaycan televiziyalarında nümayiş etdirilən milli serialların sayı artıb. Həmin seriallar Şuranı qane edirmi?

-2011-ci və 2013-cü illərdə Azərbaycanda yerli televiziya seriallarının çəkilməsinə dövlət büdcəsindən vəsait ayrılmışdı. O dövrün mənfi hallarına baxmayaraq, bu vəsaitin ayrılması həmin vaxt ölkədə mövcud olmayan yerli televiziya serialları sənayesinin yaradılmasına imkan verib. Həmin dəstəkdən sonra keçən 10 il ərzində kommersiya (özəl) telekanalları və “İTV” - İctimai Televiziya kanalı yerli serialları öz vəsaitləri hesabına sifariş edib və sifariş etməyə davam edirlər. Sevindirici haldır ki, ötən il ərzində “AzTV” kanalı da bir serial istehsal edib və ekranlarda nümayiş olunub. Bütün bu işlər göstərir ki, ölkə daxilində rəqabətli seriallar çəkilir və baxılır.

Lakin beynəlxalq səviyyədə, həm texniki keyfiyyət, həm də məzmun cəhətdən rəqabətədavamlı serial istehsalı üçün dövlətin maliyyə dəstəyi davam etməlidir. Digər ölkələrin (məsələn, Qazaxıstanın və Özbəkistanın) də təcrübəsi göstərir ki, yerli serial sənayesinin inkişaf etməsi üçün mütləq dövlətin daimi maliyyə yardımı mexanizmi qurulmalı və proses uzunmüddətli olmalıdır.

-Bəs xarici film və serial seçimi necə?

-Yayımlanan xarici film və serial seçimi televiziya kanallarının özlərinin səlahiyyətindədir. Bu prosesə Şura müdaxilə etmir. Şura xarici serialların yayımına yenidən icazə verəndən sonra (2020-ci ilin sentyabr ayından) bəzi suallar yarandı. Yerli seriallar xarici seriallar qarşısında rəqabətə davamlı olacaqmı? Baxılacaqmı? Amma zaman göstərdi ki, yerli seriallar nəinki azaldı, əksinə artdı.

- Sosial şəbəkələrdə bəzi proqramlar, aparıcılar tənqid edilir. Bunu necə qarşılayırsınız? Bəziləri deyir ki, televiziya və radio kanalları uyğun olmayan, məişət səviyyəli proqramlar yayır. Televiziya kanalları isə bunun reytinq xətrinə edildiyini, əks halda azərbaycanlı tamaşaçıların xarici televiziyalara üz tutacaqlarını bildirir. Sizin fikrinizcə, televiziya və radio kanalları üçün “qızıl orta” hansıdır? Həm baxımlı, həm də ciddi proqram necə olmalıdır?

-Təbii ki, sosial şəbəkələr artıq həyatımızın bütün sahələrinə təsir edir, müxtəlif baxışların toqquşması özünü sosial şəbəkələrdə daha aydın büruzə verir. Amma Şura rəsmi tənzimləyici qurum olaraq sosial şəbəkələrdəki müzakirələrə istinad edə bilməz. Şura qanunvericiliyə riayət olunması prizmasından proqramların monitorinqini aparır. Bu səbəbdən deyə bilərəm ki, sosial şəbəkələrdə proqramların tənqidi bir sıra hallarda haqlı olsa da, bir çox hallarda həmin məlumatları paylaşanların subyektiv fikrinə əsaslanır və heç də həmişə qanunvericiliyin tələbləri ilə üst-üstə düşmür.

Bundan başqa, qeyd etmək istərdim ki, sosial şəbəkələrdə daha çox tirajlanan və tənqid olunan proqramlar ümumölkə yerüstü televiziya yayımında, yəni açıq yayımda heç də böyük paya sahib deyil. Baxın, cari ilin oktyabr və noyabr aylarının yekunlarına görə televiziya proqramlarının janr (məzmun) üzrə təhlili aparılıb və dərc olunub. Bütün kanallar üzrə ən çox tənqid olunan həmin sosial proqramların həcmi oktyabrda 5,3 faiz, noyabrda 5,7 faiz təşkil edib. Növbəti ilin əvvəlində dekabr ayının da statistikası olacaq. Amma ümumi müşahidələr göstərir ki, bu rəqəmlər çox da dəyişməyəcək. Eyni zamanda, bütün kanallar üzrə informasiya-analitik proqramların həcmi 25-26 faiz, mədəni-maarif proqramlarının həcmi 9,7-11 faiz arası dəyişib, musiqi-əyləncə proqramlarının həcmi isə 12,1 faiz olub. Yəni, həmin tənqid olunan sosial xarakterli proqramlar 5,7 faiz həcmlə sosial şəbəkələrdə daha çox müzakirə olunur və buna görə də elə təəssürat yaranır ki, kanallarımız yalnız o cür kontent nümayiş etdirir.

Bilirsiniz, televiziya da, radio da cəmiyyətin bir parçası olduğundan onlar da daim inkişafdadır, axtarışdadır. Təbii ki, hər bir inkişaf prosesində tənqidlər də olacaq, narazılıqlar da. Şura olaraq vəzifəmiz Azərbaycanda rəqabətədavamlı, müasir çağırışlara cavab verən, digər tərəfdən də dövlətimizin ali məqsədlərinə və ictimaiyyətin maraqlarına xidmət edən audiovizual media mühitinin yaradılmasıdır. Yayımçıların fəaliyyətinə gəlincə, son illər baş verən hadisələr (COVID-19 pandemiyası, Vətən müharibəsi, postmüharibə reallıqları və s.) onlara ciddi təsir göstərib. Təbii ki, çatışmazlıqlar var və ümumən, media sahəsində rəqabət artdıqca, cəmiyyətin media istehlakı üzrə bilikləri və savadlılığı çoxaldıqca, daha keyfiyyətli kontent də olacaq, texniki cəhətdən yayım keyfiyyəti də artacaq.

-Azərbaycanda izləyicilərin təxminən neçə faizi xarici yayımçılara üz tutur?

-Son araşdırmalar göstərir ki, Azərbaycan əhalisinin 2 faizi ümumiyyətlə televiziyanı izləmir. 3 faizi isə Azərbaycan kanallarına heç tamaşa etmir. Beləliklə, əhalinin 95 faizi müxtəlif aktivlik dərəcəsi ilə televiziya kanallarımızı izləyir, eyni zamanda, onların böyük əksəriyyətinin texniki baxımdan xarici kanalları izləmək imkanı var. Bu isə ona gətirib çıxarıb ki, həm cəmiyyətdə, həm mediada “Azərbaycan kanallarına baxan yoxdur, hamı xarici kanallara üz tutur” fikri yaranıb. Lakin 2022-ci ildən başlayaraq ölkəmizdə aparılan çox dəqiq və beynəlxalq standartlara uyğun televiziya auditoriyasının izlənilməsi üzrə araşdırmalar bu fikrin tam yanlış olmasını göstərdi. Gündəlik reytinqlərdən məlum olub ki, xarici (Türkiyə, Rusiya) televiziya kanallarına baxış sayı yerli kanallara baxış sayından xeyli aşağıdır.

-Bəzi qonşu ölkələrin radio kanallarının Azərbaycan efirinə qeyri-qanuni daxil olması ilə bağlı durum necədir? Bununla bağlı hansı tədbirlər görülür?

-Siz çox geniş bir mövzuya toxundunuz. Düşünürəm ki, bu mövzunu yalnız bir müsahibə daxilində tam əhatə etmək qeyri-mümkündür. Amma sualınıza qısa cavab vermək istərdim. Bizi narahat edən əsas məqamlardan biri milli radiotezliklərə müdaxilələrin olmasıdır. Təbii ki, müdaxilələr də yerli efirlərdə boşluqlar olduğu zaman baş verir. Narahatedici bir məqam da bəzi regionlarımızda cəmi 2-3 radio kanalının yayımlanmasıdır.

Bu məsələ dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Məhz bu problemin tam həllinə nail olmaq üçün dövlətimizin başçısının 2023-cü il 24 iyul tarixli Sərəncamı ilə ölkəmizdə radio yayımının əhatə dairəsinin genişləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon manat maliyyə vəsaiti ayrılıb. Qeyd olunmalıdır ki, belə bir dəstəyin göstərilməsi Azərbaycan radio yayımı tarixində bir ilkdir və çox böyükmiqyaslı bir layihədir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə Şura ilə birlikdə fəaliyyət göstərir. Həmin Sərəncamın tam yerinə yetirilməsindən sonra Azərbaycanda lisenziya alaraq fəaliyyət göstərən ümumölkə radio kanallarının hamısı bütün bölgələrdə yayımlanacaq və əhalinin həmin kanallara əlçatanlığı tam təmin olunacaq. 15-16 ümumölkə radio kanalına əlçatanlıq təmin olunduqdan sonra qonşu ölkələrin radio kanalları ilə bağlı yaranan xoşagəlməz durum öz əhəmiyyətini itirmiş olacaq.

-Bəzən insanlar sosial şəbəkələrdə müəyyən kabel yayımçılarından şikayət edir. Şuraya bununla bağlı müraciətlər daxil olurmu?

-Şuraya daxil olan müraciətlər arasında bəzən platforma operatorlarının göstərdikləri xidmətdən narazı qalan vətəndaş şikayətləri də olur. Təbii ki, bütün bu müraciətlər qeydiyyata alınır və nəzarətdə saxlanılır. Lakin əksər belə müraciətlərin həlli Şuranın səlahiyyətindən kənar olur. Belə ki, operatorla abunəçi arasında müqavilə mövcuddur və bütün narazılıqlar həmin müqavilənin tələblərinə və təbii ki, Azərbaycan qanunvericiliyinə uyğun həll olunmalıdır. Belə hallarda, yəni abunəçinin (istifadəçinin) hüquqları həqiqətən də operator tərəfindən pozulursa məhkəmə instansiyalarına müraciət etməyi tövsiyə edirik.

-İşğaldan azad olunmuş ərazilərimizdə teleradio yayımı ilə bağlı durum necədir? Hazırda Xankəndidə yayım varmı?

-İşğaldan azad olunmuş ərazilərdə televiziya və radio yayımının həyata keçirilməsi üçün, ilk növbədə, bu sahədə tam dağıdılmış və ya yararsız hala salınmış infrastruktur yenidən qurulmalıdır. Şuşa şəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının ərazilərində ümumölkə televiziya kanallarının açıq yayımı və habelə 5-8 ümumölkə yerüstü radio yayımçısının proqramlarının yayımı tam təmin olunub. Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sərt relyefini nəzərə alaraq orada hazırda yayım təşkili ilə bağlı işlər gedir. Bu xüsusda, Laçın şəhərində televiziya və radio yayımının təşkili işini qeyd edərdim ki, bu prosesin yaxın zamanlarda yekunlaşacağı gözlənilir. Bundan başqa, sırf həmin regionda yayım aparan “CBC FM” radiosu da mövcuddur. Şuranın qərarı ilə lisenziya alan və müxtəlif dillərdə yayım aparan “Beynəlxalq radio”nun da ilk yayımı hazırda Qarabağ iqtisadi rayonu ərazisində həyata keçirilir.

Xüsusi vurğulamaq istədiyim bir məqam isə lokal antiterror tədbirlərindən sonra suverenliyimizin bütün ərazilərimizdə bərpası nəticəsində yaşadığımız qürur və sevinc hissi ilə bağlıdır. Dövlətimizin başçısının qətiyyəti və müdrik siyasəti, ordumuzun rəşadəti və peşəkarlığı nəticəsində azad olunan Xankəndi, Xocalı, Ağdərə və Qarabağımızın digər yaşayış məntəqələrindəki televiziya və radio yayımına gəlincə qeyd olunmalıdır ki, Şuşa radio-televiziya yayım stansiyasından və Xocavənd rayonunda yerləşən Şahyeri RTYS-dən aparılan yayımlar həmin yaşayış məntəqələrini (o cümlədən Xankəndi şəhərini də) əhatə edir və bütün ölkə kanalları orada yayımlanır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən sürətlə həyata keçirilən həmin bölgə üzrə radio və televiziya yayım infrastrukturunun ölkə yayım infrastrukturuna inteqrasiyası prosesi tamamlandıqca yerli televiziya və radio kanallarının bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində yayımı təmin olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib