İSPANİYA MEŞƏLƏRİNİ YANĞIN BÜRÜMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, son bir neçə gündə Avropada isti keçən hava şəraiti meşə yanğınlarına səbəb olmuşdur. Yunanstandan sonra növbəti həyəcan İspaniyada yaşanmışdır. Ölkənin yanğınsöndürənləri 2 min hektar meşə zolağını artıq külə çevirmiş alovun yaxınlıqdakı sahələrə keçməsinin qarşısını almağa çalışırlar.
Yanğınla mübarizəyə 300 yanğınsöndürən, 20 ədəd su çiləyici təyyarə və vertalyot səfərbər edilmişdir.
İspaniyanın ətraf mühit üzrə regional naziri baş vermiş yanğının tam ram edilmədiyini bildirmişdir.
İspaniyada son iki gündə temperatur 40 dərəcəni keçmişdir. Dövlət rəsmiləri qarşıdakı iki ayın quraqlıq keçəcəyini bəyan etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]