İspaniyada zəlzələ baş verib
Bakı, 14 iyul, AZƏRTAC
İspaniya Milli Coğrafiya İnstitutu (ICH) iyulun 14-də episentri Aralıq dənizində - ölkənin cənub sahillərində olan 5,5 maqnitudalı zəlzələ qeydə alıb.
AZƏRTAC ABC qəzetinə istinadla xəbər verir ki, yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə olub. Episentr Almeriya şəhərinin 55 kilometr cənub-şərqində yerləşib.
Dağıntılar barədə məlumat yoxdur, hərçənd Milli Coğrafiya İnstitutunun məlumatına görə, ölkənin yeddi vilayətinin təqribən 50 şəhərində müxtəlif maqnitudalı yeraltı təkanlar hiss edilib. Əndəlüs Fövqəladə Hallar Agentliyinin 112 təcili xidmətinə zəlzələ ilə bağlı 30-dan çox zəng daxil olub.
Əndəlüsdə oxşar hadisələrlə bağlı informasiya “Google”da xəbərdarlığa səbəb olub və bu bildiriş minlərlə istifadəçiyə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.11.2026 [22:13]
Meqan Marklın ögey qardaşı Filippində polis araşdırmasına cəlb olunub
- 05.11.2026 [21:31]
Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirib
- 05.11.2026 [21:22]
Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə Moskva sammitində baxıla bilər
- 05.11.2026 [20:42]