Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSPANİYANIN KRALI ƏLAHƏZRƏT I XUAN KARLOSA

Əlahəzrət, 

65 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə İspaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Sizin xidmətlərinizi yüksək qiymətləndirirəm. Əminəm ki, əlaqələrimizin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqının rihafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin