İspaniyanın Kralı VI Felipedən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.
Sizə dərin hörmət və ehtiramımı bildirirəm.
Hörmətlə,
VI Felipe
İspaniyanın Kralı