İQTİSADİYYAT
İspaniyanın “Mercasa” şirkəti Azərbaycanın şirkət və təşkilatlarına əməkdaşlıq təklif edir
Bakı, 20 mart (AZƏRTAC). Bazarların abadlaşdırılması, bərpası və idarə edilməsi sahəsində İspaniyanın nüfuzlu “Mercasa” şirkəti Azərbaycanın şirkət və təşkilatlarına əməkdaşlıq təklif edir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirmişlər ki, ölkəmizlə əməkdaşlıqda maraqlı olan şirkət ticarət obyektlərinin müasirləşdirilməsi və tikilməsi, ərzaq təhlükəsizliyi, müvafiq infrastruktur və logistika, məhsulların mənşəyinin izlənməsi, bazarın şəffaflığı, ən müasir ticarət təcrübələri və marketinq, menecer və satıcıların təlimləri, ətraf mühit və sosial məsuliyyət sahələrindəki təcrübəsi ilə seçilir.