Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSRAİL DÖVLƏTİNİN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB ARİEL ŞARONA

Hörmətli Baş nazir,

Şattl “Kolambiya” kosmik gəmisinin qəzaya uğraması və ekipaj üzvlərinin tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə nəticəsində ölkənizin ilk astronaftı İlan Ramonun həlak olması ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İsrail xalqına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin