Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İsrail Knessetinin deputatı, “İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Libermandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab İlham Əliyev.

Azərbaycan Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Seçicilərin 92 faizindən çoxu Sizin ölkəyə rəhbərliyi davam etdirməyinizə, onu tərəqqi və rifah yolu ilə irəliyə aparmağınıza səs verdi.

Seçkilərin rekord nəticəsi həm də Sizin Azərbaycan Respublikası Prezidenti vəzifəsində iyirmiillik fəaliyyətinizin yekunu və yeni dövrün başlanğıcıdır. Çünki seçkilər ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən Qarabağda keçirildi.

Seçkilərin nəticələri təkcə Azərbaycan xalqının Zati-alinizə Prezident kimi münasibətini deyil, həm də Sizə sevdikləri, fəxr etdikləri və heyran olduqları şəxsiyyət kimi münasibətini əks etdirir.

Fürsətdən istifadə edərək “İsrail Bizim Evimizdir” partiyasının rəhbəri kimi ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına verdiyiniz mühüm töhfəyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Qarşıda bizim xeyli işlərimiz var və mən Sizə gözəl ölkəniz naminə səmimi-qəlbdən uğurlar arzulayıram.

Azərbaycan Respublikasına sülh və tərəqqi diləyirəm!

Səmimiyyətlə Sizin,

 

Aviqdor Liberman

İsrail Knessetinin deputatı, “İsrail Bizim Evimizdir” partiyasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin