CƏMİYYƏT
İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən “beşbarmaq” aşkarlanıb
Bakı, 29 avqust, AZƏRTAC
İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən “beşbarmaq” aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın cibində 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.