Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunludan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsinə verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndiririk. Yaxşı xatırlayıram, Çex Respublikasının paytaxtı Praqada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində gündəlikdən kənara çıxaraq qondarma “soyqırımı” iddiaları ilə çıxış edən Ermənistan prezidenti Sarkisyana sərt etiraz edərək “Türkiyə burada yoxdur, amma mən buradayam” deyərək, Türkiyə-Azərbaycan qardaşlığını bir daha nümayiş etdirdiniz.

Bölgədə sabitliyin və etimadın davam etməsi üçün Sizin yenidən prezident seçilməyiniz Azərbaycan və Türkiyə xalqları tərəfindən sevinclə qarşılanıb.

Hörmətli Prezidentimiz, Sizi təbrik edir, qardaş Azərbaycan xalqına ehtiramımı çatdırıram.

Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi!

Hörmətlə,

Səfər Qaraqoyunlu

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və

Mədəniyyət Dərnəyinin (İSTAD) sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin