İstanbulda güclü partlayış baş verib
İstanbul, 29 yanvar, AZƏRTAC
İstanbulun Bahçelievler rayonunda, Kocasinan sənaye bölgəsində güclü partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hadisənin baş vermə səbəbləri və xəsarət alanlar barədə hələ məlumat verilməyib.
Hadisə yerinə xilasetmə briqadaları və təhlükəsizlik qüvvələri cəlb edilib.
Partlayış nəticəsində bəzi nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]