Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib YENİLƏNİB VİDEO

İstanbul, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.

“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Əvvəlcə birgə foto çəkdirildi.

Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbası, digər dövlət və hökumət başçılarını salamladı.

İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirdi. Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. Türkiyə Prezidenti qeyd etdi ki, Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. “Qüds bizim üçün qırmızı xətdir və “Hərami-Şərif” əbədiyyətə qədər müsəlmanların olacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan Sammit iştirakçılarını Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət etdi və müstəqil Fələstin Dövləti ideyasından heç vaxt vaz keçməyəcəklərini bildirdi.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğuladı. “Bütün ümmət birləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”, - deyən Mahmud Abbas ABŞ Prezidentinin bu addımının beynəlxalq müqavilələri və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq təhdid etdiyini və bununla da Birləşmiş Ştatların sülh prosesində vasitəçilik missiyasını itirdiyini diqqətə çatdırdı. “Qüds əvvəllər də olduğu kimi, Fələstin Dövlətinin paytaxtı olacaq, əks təqdirdə sabitlikdən və sülhdən söhbət gedə bilməz”, - deyən Mahmud Abbas vurğuladı ki, Fələstin Dövlətinin tanınması prosesi sürətləndirilməlidir.

İordaniya Kralı II Abdullah qeyd etdi ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir. Qüdsün hər üç dinin bir araya gəldiyi tarixi şəhər olduğunu deyən Kral Abdullah bu tarixi dəyişdirməyə çalışan hər kəsə qarşı çıxacaqlarını bildirdi və qeyd etdi ki, bir neçə gün öncə Ərəb Liqasının İordaniyada keçirilən Zirvə görüşündə də vəziyyətin nə qədər təhlükəli olduğu bəyan edilib. “Biz bütün məsələləri bir kənara qoyub Qüdsü müdafiə etməliyik”, - deyən İordaniya Kralı əminliklə bildirdi ki, müsəlmanların Qüdsdə olan haqları əbədidir.

Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış etdi. O, əsas məqsədi bütün müsəlman ümmətinin hüquqlarının qorunması olan bu toplantının əhəmiyyətindən danışdı, ABŞ Prezidentinin Qüdslə bağlı verdiyi qərarın bütün beynəlxalq normalara zidd olduğunu bildirdi. “Bu qərar ABŞ-ın sülh prosesində iştirakını heçə endirir”, - deyən Yusif Əl-Osaymin vurğuladı ki, təşkilata üzv ölkələr ABŞ-ın təktərəfli qəbul etdiyi bu qərara qarşı çıxmalı, Qüdsün xarakteri və ədalətin arxasınca gedən Fələstin xalqının hüquqları qorunmalıdır.

İran Prezidenti Həsən Ruhani bildirdi ki, Qüds müsəlmanların ilk qibləsi və üçüncü müqəddəs şəhəridir. ABŞ administrasiyasının bu yanlış qərarına müsəlman aləminin dərhal reaksiya verməsinin əhəmiyyətli olduğunu deyən Həsən Ruhani Birləşmiş Ştatların bu qərarının arxasında təhlükəli meyillərin dayandığını diqqətə çatdırdı. İran dövlətinin başçısı BMT qərarlarının da bu cür məsələlər qarşısında aciz qaldığını vurğuladı, bu toplantının ABŞ-a qarşı güclü qınama qərarı qəbul edəcəyinə əminliyini ifadə etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Bismillahir-rəhmanir-rəhim.

Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli baş katib.

Zati-aliləri.

Zirvə görüşünün iştirakçıları.

İlk növbədə, fövqəladə İslam Zirvə görüşünün təşkilinə görə Prezident Ərdoğana təşəkkür edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür.

Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.

Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq.

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir.

Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır.

Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.

Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Təşəkkür edirəm.

X X X

Zirvə toplantısında İstanbul Bəyannaməsi qəbul olundu. 

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dekabrın 13-də başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib YENİLƏNİB VİDEO

Britaniyanın maliyyə naziri: ABŞ-la ticarət sazişini imzalamağa tələsmirik

Misirdə Azərbaycan dilini öyrənənlər üçün danışıq klubu açılıb

II Beynəlxalq Opera Festivalı “Arşın mal alan” operettasının premyerası ilə açılıb

“CawaMedia” agentliyi UFC-nin Azərbaycanda keçiriləcək ilk turniri barədə məlumat yayıb

Ukrayna Baş nazirinin müavini: Kiyev kapitulyasiyaya deyil, danışıqlara hazırdır

“Türkiye” qəzeti: Fransanı qovan Afrika ölkələri Ankara ilə yaxınlaşır

Qazaxıstan və Pakistan hərbi əməkdaşlığı gücləndirir

Azərbaycanın sikkələri “Poklonnaya qora”da ucaldılacaq abidənin bir hissəsi olacaq

İtaliya Kuboku: “Milan” derbidə “İnter”i məğlub edərək finala yüksəlib

Almaniyada 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb

Türkiyə Prezidenti: Dövlət olaraq bütün qurumlarımızla millətimiz üçün çalışmağa davam edəcəyik

“Sea Breeze Walk of Fame” xiyabanında Rüstəm İbrahimbəyovun ulduzunun açılışı baş tutub

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

İstanbulda baş verən zəlzələdən sonra 127 afterşok qeydə alınıb

Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Azərbaycan Kuboku: “Sabah” “Neftçi”yə qalib gələrək finala yüksəlib

Tramp: Krım müzakirə mövzusu deyil

Rumıniya, Bolqarıstan və Yunanıstan mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

Qubada qəzalı körpü 60-dan çox yaşayış məntəqəsi ilə əlaqəni çətinləşdirib

Bakının nəqliyyat infrastrukturundakı layihələrlə bağlı AİB ilə əməkdaşlıq imkanları müzakirə edilib

Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb

YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib

Azərbaycanın turizm potensialı Qazaxıstanda nümayiş etdirilir

Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib

NDU-da idarəetmədə və təhsildə rəqəmsallaşdırmaya dair II Respublika Elmi konfransı işə başlayıb

Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub

Denis Beçiroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 13-cü Qlobal Bakı Forumuna dəvət olunub

Lord David Evans: Azərbaycanın infrastrukturu Orta Dəhlizin uğurunda həyati rol oynayır

Masallıda şəhid övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib

İsmayıl Əfəndiyev: Bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir VİDEO

İsmayıl Əfəndiyev: Bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir VİDEO

Şəki Təhsil sektorunun komandası bilik yarışının region mərhələsinin qalibi olub

Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO

Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO

Fransa prezidentinin Madaqaskar səfərinin görünən və görünməyən tərəfləri: Xalq Makrondan üzr istəməyi tələb edir

DİN: Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq VİDEO

DİN: Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq VİDEO

Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO

Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO

Bərdə bazarında satışa çıxarılan süd məhsullarında uyğunsuzluq aşkarlanıb

® “Ziraat Bank” Azərbaycan 11-ci filialını müştərilərin istifadəsinə təqdim edib

Azərbaycanlı rejissor Bişkekdə ustad dərsi keçib

Ağcabədidə sahibkarlarla növbəti görüş təşkil olunub

Bakıda yeni parklanma yerləri təşkil edilib

ADPU ilə Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi əməkdaşlıq edəcək

Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb

ADNSU ilə Bolqarıstanın Cənub-Qərb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

“İstilik təchizatı haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub

Azərbaycanla Çinin strateji tərəfdaşlığı bu ölkələrin eyni siyasi baxışa malik olmasından güc alır ŞƏRH

Masallının Böyük Xocavar kəndində evdə yanğın olub

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb

Azərbaycan cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb

Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

® “Azercell” audiokitabları hər kəs üçün əlçatan edir!

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında Avropa çempionatının yekunları müzakirə olunub

“Sağlamlığa doğru qaç!” – bu dəfə həkimlər yarışdılar

Azərbaycanda ilk dəfə “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsinin sədri İspaniyaya səfər edəcək

Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları genişlənir

Rəşad Mahmudov: İcbari tibbi sığorta sistemi ilə paralel olaraq, yüksək texnoloji tibbi prosedurların geniş şəkildə tətbiqinə başlanılıb VİDEO

Rəşad Mahmudov: İcbari tibbi sığorta sistemi ilə paralel olaraq, yüksək texnoloji tibbi prosedurların geniş şəkildə tətbiqinə başlanılıb VİDEO

İcma: Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır

Parlamentin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

Dini konfessiyaların rəhbərləri katolik kilsəsini ziyarət ediblər

Masallıda 600-dən çox Xan çinar və şam ağacı əkilib

Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadiyyata töhfə verəcək – deputat

Azərbaycan məhsullarının “Alibaba” üzərindən Asiya ölkələri, Okeaniya və Körfəz regionuna çıxış imkanları artıb

Ağanağı Axundovun şəxsi arxivindən nadir kinomateriallar Dövlət Film Fonduna təhvil verilib

Erik Rudenşold: Azərbaycan olmasa, Mərkəzi Asiya ilə Avropa arasında bağlantı mümkün deyil

Naxçıvan şəhərində Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulun təşviqi aparılıb

Şamaxıda bədbəxt hadisə: Abşeron rayon sakini dağlıq ərazidə yıxılaraq ölüb

Professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib

Çernobıl əlilindən xəbərdarlıq: Metsamor fəlakəti qapıdadır

Papa Fransisk dünyadan vəsiyyətsiz köçüb

“Zəkaların mübarizəsi” olimpiadasının Qarabağ regionu üzrə qalibi müəyyənləşib

Son illər formalaşan kibertəhlükəsizlik ekosistemi Azərbaycan üçün dayanıqlı müdafiə mühiti yaradıb

Britaniyalı fotoqraf Konqo çayı hövzəsindəki meşələrin ən çətin görünən heyvanlarını kameraya çəkib

BANM tələbələri ölkəmizi İtaliyada təmsil edəcəklər

İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb VİDEO

İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb VİDEO

Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir

ADA İbtidai Məktəbində Beynəlxalq Yer Günü qeyd edilib

"Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib

Azərbaycan paralimpiyaçısı növbəti reytinq xallarını qazanıb

Prezident İlham Əliyevin Çinə dövlət səfəri strateji tərəfdaşlığı dərinləşdirəcək - ŞƏRH

“Zəkaların mübarizəsi”nin Bakı üzrə regional mərhələsinin qalibləri müəyyənləşib

Lyublyanada “Yeni qlobal geosiyasət və Qərbi Balkanlar” mövzusunda 32-ci Ali Səviyyəli Toplantı keçiriləcək

Qobustanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Çernobıl hadisəsi sönmüş bir od olsa da, tüstüsü bu gün də davam edir

Milli Kitabxanada Ukrayna dilində “Əli və Nino” kitabının təqdimatı keçirilib

Axtarışda olduğuna görə Albaniyada tutulan şəxs Azərbaycana ekstradisiya ediləcək

Çexlər getdikcə daha çox əcnəbilərlə ailə qururlar

Çində alkoqolizmdən qurtulmaq üçün çip implantasiyası əməliyyatı keçirildi

Azərbaycan-Çin münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir ŞƏRH

Almaniyaya əfqan mirantların qəbulu hökumət dəyişikliyinə qədər dayandırılıb

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb

“Patriot” hava hücumundan müdafiə sisteminin rəqibi “Ground Fire 300” radarı təqdim edilib

“Bakının baharı” adlı klassik musiqi konserti təşkil olunub

BMU-da Kənd Təsərrüfatı Nazirliyinin layihəsi ilə bağlı vorkşop keçirilib

Dövlət Komitəsinin sədri Oğuz rayonunda vətəndaşların müraciətlərini dinləyib

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya səfər edəcək

Tekstil və tekstil avadanlıqları üzrə yeni standartlar qəbul ediləcək

WWF ofisinin əlaqələndiricisi: Azərbaycan COP29 təcrübəsini təkcə Braziliya ilə deyil, bütün ölkələrlə bölüşməyə hazırdır

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edilib

ANAMA Dövlət Məşğulluq Agentliyi ilə birgə təlim və peşə kursları təşkil edib