İstanbulun Esenyurt rayonunda 25 binadan insanlar təxliyə ediliblər
İstanbul, 27 aprel, AZƏRTAC
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda dünən axşam saatlarında yolda və bir doqquzmərtəbəli binanın divarlarında yaranan çatlar səbəbindən bölgədə 25 binadan insanlar təxliyə ediliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə rayonun bələdiyyə sədri Kemal Deniz Bozkurt məlumat verib. O deyib ki, gecə saatlarından çatların yaranma səbəbinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır və təhlükəsizlik məqsədilə binaların sakinləri təxliyə olunublar.
Son səkkiz saat ərzində hər bir saatdan bir ərazidə ölçmə işləri aparılır və sürüşmə müşahidə edilməyib.
Hazırda ərazidə müşahidələr davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]