İQTİSADİYYAT
İstehlak bazarında satılmış əmtəənin və göstərilmiş xidmətlərin həcmi 8,6 faiz artıb
Bakı, 20 iyul (AZƏRTAC). Bu ilin birinci yarısında istehlakçıların tələbatının ödənilməsi məqsədilə ölkənin istehlak bazarında satılmış əmtəənin və göstərilmiş xidmətlərin həcmi 13,5 milyard manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, pərakəndə ticarət və xidmət şəbəkələrində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcminin 94,7 faizi özəl bölmənin fəalıyyəti sayəsində mümkün olub. Bu bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən xidmətlərin həcmi 9,1 faiz artaraq 12,8 milyard manat təşkil edib. İstehlak bazarı üzrə real artımın 99,5 faizi özəl bölmənin təsərrüfat subyektlərində yaranıb.
Cari ilin yanvar-iyun aylarında pərakəndə əmtəə dövriyyəsinin həcmi 10,1 milyard nıanat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artıb. İstehlak mallarınm 38.6 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,5 taizi hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,4 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 36,9 faizi əmtəə bazarlarında satılıb.