İQTİSADİYYAT
İstehlaka yararsız məhsullar məhv edilib
Bakı, 12 avqust (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Abşeron, Xətai rayonlarında, eləcə də Gəncə, Daşkəsən, Şirvan, Zaqatalada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 60 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.