İQTİSADİYYAT
İstehlakçıların aldadılması halları aşkara çıxarılmışdır
Bakı, 8 dekabr (AZƏRTAC). Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Rəşad Mehtiyevə məxsus mağazada yoxlama aparmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları aşkara çıxarılmışdır. Belə ki, mağazanın girişində “30 faiz endirim” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində bununla bağlı heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yerləşdirildiyi də aşkar olunmuşdur.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]