REGİONLAR
İstehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 56,1 faizini buğda təşkil edib
Bakı, 21 yanvar, AZƏRTAC
2021-ci ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 1 milyon 885,4 min tonunu və yaxud 56,1 faizini buğda təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, buğdanın məhsuldarlığı 32,9 sentner olub. Bundan əlavə, 1 milyon 62 min ton kartof, 1 milyon 815,5 min ton (4,4 faiz çox) tərəvəz, 459,9 min ton (2,6 faiz çox) bostan məhsulları, 1 milyon 204,9 min ton (6,3 faiz çox) meyvə və giləmeyvə, 209,8 min ton (0,9 faiz çox) üzüm, 1 milyon 177,7 ton (26,4 faiz çox) yaşıl çay yarpağı, 25,8 min ton (4,2 faiz çox) günəbaxan, 286,7 min ton (14,9 faiz az) pambıq, 193,2 min ton (23,7 faiz az) şəkər çuğunduru və 6,4 min ton (7,7 faiz az) tütün yığılıb.