İSTİLƏR HƏLƏ DAVAM EDƏCƏK
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 22-32 dərəcəyə çatacaq (gecə 15-20, ayın əvvəlində 22-25, gündüz 28-32, ayın əvvəlində 35-38 dərəcə isti), yağıntının səviyyəsi normadan aşağı (17-23 mm) olacaqdır. Şimal-qərb küləyi əsəcək, cənub küləyi ilə əvəz olunacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 20-22 dərəcə (gecə 10-15 dərəcə isti, ayın əvvəlində 18-22 dərəcə, gündüz 27-30 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (8-13 mm) olacaqdır.
Yuxarı Qarabağda, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 14-16 dərəcə (gündüz 12-15 dərəcə isti, ayın əvvəlində 17-19 dərəcə, gündüz 20-25 dərəcə isti, ayrı-ayrı günlərdə 29-32 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (34-50 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 20-21 dərəcə isti (gecə 15-18 dərəcə, ayın əvvəlində18-22 dərəcə, gündüz 25-30 dərəcə, ayrı-ayrı günlərdə 33-35 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (17-44 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 18-21 dərəcə (gecə 12-17 dərəcə, ayın əvvəlində 18-20 dərəcə, gündüz 22-26 dərəcə, isti bəzi günlərdə 33 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (33-120 mm) olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 22-24 dərəcə isti (gecə 18-21 dərəcə, gündüz 28-33 dərəcə, bəzi günlərdə 39 dərəcəyədək isti), yağıntının səviyyəsi normadan aşağı (14-38 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 20-22 dərəcə isti (gecə 15-20 dərəcə, ayın əvvəlində 22-25 dərəcə, gündüz 27-30 dərəcə, ayın əvvəlində 32-35 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (50-199 mm) olacaqdır.