İSTİLƏR SƏNGİMİR
Sentyabr ayında hava şəraiti nisbətən sabit, orta aylıq temperatur normaya yaxın, bəzi günlər normadan artıq olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birinci ongünlükdə havalar bu dövrün ənənəvi göstəricilərinə uyğun olacaq, yağmursuz keçəcəkdir. İkinci öngünlükdə hava qeyri-sabit keçəcək, axşam və gecə saatlarında şimşək çaxacağı, yağış yağacağı, dağlıq və dağətəyi yağmur yağışları, qərb bölgələrində dolu gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 22-24 dərəcəyə çatacaq (gecə 16-21 dərəcə, gündüz 27-32 dərəcə, ayrı-ayrı günlərdə 34-36 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (17-23 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 20-32 dərəcə isti (gecə 10-15, gündüz 27-32 dərəcə isti, bəzi günlər 30 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (7-13 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 13-16 dərəcə isti (gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə, bəzi günlər 29-33 dərəcəyədək artacaq ), yağıntının səviyyəsi normaya yaxın (34-50 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 20-22 dərəcə isti (gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə, bəzi günlər 36 dərəcəyədək artacaqdır), yağıntının səviyyəsi normaya yaxın (17-44 mm), bəzi yerlərdə ondan artıq olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 18-21 dərəcə (gecə 11-16, gündüz 22-27 dərəcə, bəzi günlər 35 dərəcədən artıq), yağıntının səviyyəsi normaya yaxın (33-120 mm), bəzi yerlərdə isə normadan çox olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 21-23 dərəcə isti (gecə 16-21, gündüz 28-33 dərəcə, bəzi günlər 38 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (14-38 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 20-22 dərəcə isti (gecə 15-20, gündüz 27-31 dərəcə, bəzi günlər 35 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (50-199 mm), bəzi günlər normadan artıq olacaqdır.