İsveçdə atışmaların sayı azalıb
Stokholm, 1 avqust, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçdə 63 nəfərin öldürüldüyü 2022-ci ildə ölümlə nəticələnən rekord sayda atışmalardan sonra silahlı zorakılıqla bağlı vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
AZƏRTAC xəbər verir ki, polis statistikasına əsasən, 2024-cü ildə 90-a yaxın atışma baş verib ki, bu da əvvəlki il ilə müqayisədə təxminən iki dəfə azdır.
Ekspertlər hesab edirlər ki, ölkədə bu tendensiyada dönüş baş verib. Əsas amillərdən biri polisin işinin effektivliyinin artırılması olub: cinayətkar şəbəkələri ilə bağlı qətllərin açılması səviyyəsi 20-30 faizdən 60 faizə yüksəlib. Bundan əlavə, daha sərt tədbirlər, cəzaların sərtləşdirilməsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə uzunmüddətli səylər öz rolunu oynayıb.
Kriminoloqların sözlərinə görə, bir çox şiddətli münaqişənin arxasında duran “Fokstrot” dəstəsinin zəifləməsi də qurbanların azalmasına töhfə verib. Bundan əlavə, kriminal ünsürlərin bir hissəsi İsveçi tərk edib və zorakılıq xaricə keçib.
Polisin mütləq atışmaların olacağını gözlədiyi “qırmızı” adlandırılan münaqişələrin sayı bir sıra şəhərlərdə azalıb. Mütəxəssislərin fikrincə, silahlı zorakılığa qarşı mübarizədə kompleks yanaşma və sistematik iş öz real bəhrəsini verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [14:09]
ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır
- 26.08.2026 [14:02]
Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub
- 26.08.2026 [13:49]
Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb
- 26.08.2026 [13:43]
Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib
- 26.08.2026 [12:58]
Türkiyədə Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd edilir
- 26.08.2026 [12:49]
Çində palçıq axını olub, itkin düşənlər var VİDEO
- 26.08.2026 [11:50]
İslamabad xəstəxanasında baş verən yanğın nəticəsində körpələr ölüb
- 26.08.2026 [11:46]
Çin lideri Si Cinpin Qırğızıstana və Misirə səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
- [13:01]
Bankların cəmi aktivləri artıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Laçın Şəhəri Günüdür
- [08:30]
ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək
- 25.08.2026 [23:59]
Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək
- 25.08.2026 [23:42]
Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib
- 25.08.2026 [23:05]