İsveçdə qeyri-qanuni IPTV-dən istifadəyə görə cəza tətbiqi təklif edilir
Stokholm, 1 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Dövlət müstəntiqi Yeva Bergkvist İsveçdə qeyri-qanuni IPTV-dən (interaktiv televiziya) istifadəyə görə cəza tətbiqi təklif edib. Onun sözlərinə görə, ölkədə ev təsərrüfatlarının 15 faizinə qədəri belə xidmətlərdən istifadə edir ki, bu da ciddi problem hesab olunur.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi istifadəçilər üçün cərimələr və qeyri-qanuni xidmətlər satanlar üçün sərtləşdirilmiş cəzanı nəzərdə tutur. Polis, prokurorluq, vergi idarəsi, patent və qeydiyyat idarəsinin bu halla mübarizəni gücləndirəcəyi planlaşdırılır.
Hesabatda, həmçinin İP səviyyəsində qeyri-qanuni yayımların qarşısının alınması, eləcə də bu cür xidmətlərə reklam və ödənişlərin məhdudlaşdırılmasına dair tədbirlər təklif edilir. Oxşar həllər artıq digər Avropa ölkələrində tətbiq olunur.
Y.Bergkvist qeyri-qanuni IPTV-nin təkcə iqtisadi deyil, həm də potensial təhlükəsizlik təhdidi yaratdığını vurğulayıb. “Süni intellektdən istifadə etməklə saxtalaşdırıla bilən xəbər yayımlarını yalnız təsəvvür etmək olar”, - deyə o bildirib.
Mədəniyyət naziri Parisa Liljestrand bəyan edib ki, hökumət tez hərəkət etmək niyyətindədir və ən qısa zamanda hesabatı nəzərdən keçirmək üçün təqdim edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [13:19]
Almaniyada meşə yanğını ilə əlaqədar 2 min nəfər təxliyə edilib
- 14.08.2026 [13:11]
Ukraynada ərzaq qıtlığı yaranıb – AZƏRTAC-ın REPORTAJI VİDEO
- 14.08.2026 [11:48]
Aşqabadda nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoq aparılacaq
- 14.08.2026 [11:34]
Özbəkistanın tarixi şəxsiyyətləri haqqında yeni nəşr çapdan çıxır
- 14.08.2026 [11:00]
ABŞ: İrana qarşı dəniz blokadası müddətsiz davam edə bilər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Instagram” loqotipini dəyişib
- [00:27]
Dünya çempionu "Barselona"nı PSJ-yə dəyişib
- 13.08.2026 [23:58]
Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb
- 13.08.2026 [23:32]
"Qarabağ"ın prezidenti: Möhtəşəm oyun alındı
- 13.08.2026 [23:25]
Rusiya Ermənistandan məhsul idxalının bərpası üçün şərtləri açıqlayıb
- 13.08.2026 [23:23]
İngiltərənin Qərbi Midlands bölgəsində güclü yanğın başlayıb
- 13.08.2026 [23:09]
Azərbaycanlı futbolçu Avropa Liqasında "Zaltsburq"a qol vurub
- 13.08.2026 [23:05]
Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub
- 13.08.2026 [22:51]
Bakıda gənc rəssamların sərgisi açılıb
- 13.08.2026 [22:40]