SİYASƏT
İsveçdəki Azərbaycan diasporunun nümayəndələri Türkiyə Milli Suverenlik və Uşaqlar Gününə həsr olunmuş tədbirdə iştirak ediblər
Stokholm, 20 aprel, AZƏRTAC
İsveçdəki Azərbaycan diasporunun nümayəndələri Türkiyədə qeyd olunan Milli Suverenlik və Uşaqlar Günü ilə əlaqədar Stokholmda keçirilən tədbirdə iştirak ediblər. Tədbir İsveçin Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub.
Bayram münasibətilə keçirilən yarmarkada Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər. İsveç Azərbaycan Federasiyasının üzvləri ölkəmizin mədəniyyətini, adət-ənənələrini nümayiş etdirmək üçün böyük iş aparıblar, yarmarkanın iştirakçılarına Azərbaycan haqqında kitablar və bukletlər paylayıb, onları milli şirniyyata qonaq ediblər.
Tədbir çərçivəsində gənc ifaçıların konserti olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm